Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-73/2025 12.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev X1 Ayşən Tapdıq qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Şəxs Tapdıq qızının barəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 516-1.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə görə, bu Məcəllənin 516-1.2-ci (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə) maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Tapdıq qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında protokol və ona əlavə sənədlər onu tərtib etmiş orqana – Şərur Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-73/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-73/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver