Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-74/2020 16.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Şərur rayon Sovetabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 uşaq atası, orta təhsilli, təqaüdçü, 2-ci qrup əlilliyi olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Arpaçay kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsi İbadulla Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx xxxxxx 2020-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs fiziki güc tətbiq edərək döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 1989-cu ildə evləndiklərini, bu nikahdan dörd uşaqlarının doğulduğunu, ailə münasibətləri pisləşdiyindən xx.xx.2019-cu il tarixdə rəsmi olaraq nikahlarının pozulduğunu, lakin mülkiyyətində olan torpaq sahələrinin bölünməmiş qaldığını, xx.xx.2020-ci il tarixdə 15:30 radələrində əkin sahəsinə gedib pres vurdurduğunu, daha sonra pres vuranı həmkəndlisi Zakir Abbasəliyevin əkin sahəsində pres vurdurmaq üçün oraya apardığını, Zakirin ona Zərərçəkmiş şəxs həmin sahəni ona verdiyini dediyini, o da cavabında həmin sahəni özünün biçdirdiyini Zakirə dediyini, sonra Zakirin Zərərçəkmiş şəxs oraya çağırdığını, Telnaz gəldikdən sonra mübahisə etdiklərini, Telnazın ona soysuz və bir neçə təhqiredici söz dediyini, o da əsəblərini cilovlaya bilmədiyini və ona bir şillə vuraraq yerə yıxdığını, daha sonra Zakir və orada olan digər şəxslərin onları aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs kəndə tərəf getdiyini, biraz keçdikdən sonra kəndin sahə inspektorunun gəldiyini və polis şöbəsinə dəvət etdiklərini, əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs vermiş olduğu izahatda, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15:30 radələrində həmkəndlisi Zakir adlı şəxsə özünə məxsus olan çöl torpağında qarğıdalı otu olduğunu, həmin otu preslədib aparmasını dediyini, birlikdə həmin sahəyə getdiklərini, sahəni ona göstərdikdən sonra evə qayıtdığını, biraz keçdikdən sonra Zakirin ona zəng vuraraq Cavanşirin həmin sahənin ona məxsus olduğunu dediyini, həmin yerə qayıtdığını, orada ona torpaq şöbəsi tərəfindən verilən yeri göstərib həmin sahənin ona məxsus olduğunu bildirdiyini, Cavanşirin ona həmin sahənin hamısının özünə məxsus olduğunu, onun orada payı olmadığını bildirdiyini, aralarında mübahisə olduğunu, Cavanşirin ona güc tətbiq edərək döydüyünü, sonra təzyiq xəstəsi olduğuna görə təzyiqinin qalxdığını və sonradan baş verənləri xatırlamadığını, Şəxs bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 13:30 radələrində həmkəndlisi və qonşusu olan Zərərçəkmiş şəxs ona məxsus əkin sahəsində qarğıdalı otu olduğunu, onu yığıb götürməsini istədiyini, həmin sahəyə getdiklərini, o da pres vurana həmin sahədə olan qarğıdalı otunu presləməsi üçün göstərdiyini, sonra Zərərçəkmiş şəxs getdiyini, Cavanşirin oraya gələrək həmin yerin ona məxsus olduğunu, Telnazın səhv yer göstərdiyini dediyini, daha sonra Telnaza zəng vuraraq onu oraya çağırdığını, Telnaz gəldikdən sonra saat təxminən 15:30 radələrində Cavanşirlə aralarında mübahisə olduğunu, Telnazın Cavanşirə “bu yeri də sənə verirəm gözün doysun” dediyini, Cavanşirin Telnazı itələyib yerə yıxdığını və baş naiyyəsindən iki dəfə yumruqla vurduğunu, orada olan İsfəndiyar adlı şəxslə birlikdə onları aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs oradan uzaqlaşıb kəndə tərəf getdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İbadulla PB-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007957 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs fiziki güc tətbiq edərək döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İbadulla PB-nin baş polis sahə inspektoru X6 oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şərur rayon Arpaçay kənd sakini X1 bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 87 nömrəli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ almacıq nahiyyəsində şişkinlik və sıyrıq, sol əlin arxa səthində qançır ket mexanizmdən, bər küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Şərur rayon ƏSMM tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Şərur rayon Arpaçay kənd ərazisində fiziki güc tətbiq edərək X3 döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə onun əməlini Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif edir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, 2-ci qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-74/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-74/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver