Məhkəmə qərarları › İş №3(110)-74/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-74/2021

16.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-74/2021 16.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şərur Rayon Polis Şöbəsidən daxil olmuş, xx.xx.1953-cü ildə Şərur rayonu Axura kəndində doğulmuş, evli, 3 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu Havuş kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxs 14.10.2021-ci il tarixdə saat 07:30 radələrində Şərur rayon Havuş kənd ərazisində kənd sakini Zərərçəkmiş şəxs sillə vurmaqla qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Şəxs izahatında, təxminən 10 il öncə Havuş kəndində bir bulaq tikdirdiyini, onun xəbəri olmadan həmin vaxt bulağın üzərində “bəy” sözünün yazıldığını, həmin sözün o vaxtdan bulağın üzərində qaldığını, 14.10.2021-ci il tarixdə evdən çıxıb bulaq başına gedən zaman kəndin icra nümayəndəsi Zərərçəkmiş şəxs əlində kərki olduğunu gördüyünü, onunla salamlaşdıqdan sonra burada yazılan “bəy” sözünün silinərək məruzə olunacağını bildirdiyini, Valehə ustaların burada olmadığını bildirdiyini, ustalar gələn günü sildirəcəyini ona bildirdiyini, Valeh müəllimin təhrik edici halda bu gün silinməli olduğunu bildirdiyini, bu hərəkətin onun heysiyyatına toxunduğunu, bu vaxt aralarında mübahisə baş verdiyini, Valeh müəllimin əlindəki kərki ilə yazını qoparmaq istədiyini, bu zaman ona imkan verməyərək Valehin əlindən tutduğunu, Valehin ona müqavimət göstərdiyindən aralarında mübahisənin yaranmağa başladığını, Valeh müəllimin onun yaşca böyük olduğunu nəzərə almadığını, bunun ona pis təsir etdiyini, onun da ağsaqqal kimi ona bir şillə vurduğunu, bu vaxt Valeh müəllimin hörmətsizliyinə dözə bilməyən baldızı oğlu X4 da ona bir şillə vurduğunu, orada olan Hafiz və Rafael müəllimin onlara aralaşdırdığını, sonra öz avtomobilinə əyləşib həmin yerdən uzaqlaşdığını bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında və verilmiş suallara cavabında 13.10.2021-ci il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin 1-ci müavini İmran müəllimin ona zəng vuraraq Havuş kəndində olan bulağın üzərindəki bəy kəliməsinin 14.10.2021-ci il tarixində saat 08:30 radələrinə kimi silinib məruzə olunmasını bildirdiyini, bu barədə müavini X5 və mühasib işləyən X3 məlumat verdiyini, həmin şəxslərin də 14.10.2021-ci il tarixində bulaq başında olmalarını istədiyini, lakin Şəxs gec olduğu üçün məlumat vermədiyini, ertəsi gün orada olan zaman deyəcəyini bildirdiyini, 14.10.2021-ci il tarixdə saat 07:15 radələrində evdən özü ilə bir ədəd kərki götürüb bulaq başına getdiyini, ora çatan vaxtı bəy sözünü silmək istədiyini, lakin silə bilmədiyini, Şəxs və baldızı oğlu X8 ilə onun yanına gəldiklərini, onlarla salamlaşdığını, onlara bəy sözünün silinməli olması barədə göstərişin olduğunu bildirdiyini, mübahisə etməyə başladıqlarını, Şəxs ona “sən kimsən bəy sözünə yaxın gələsən” dediyini, ustalar gələndə özünün sildirəcəyini bildirdiyini, Məmmədə bu gün saat 08:30 radələrinə kimi silinib məruzə olunmalı olduğunu bildirdiyini, bu zaman Şəxs özündən çıxıb sol gözünün üstündən bir yumruq zərbəsinin vurduğunu, sonra isə Qafarın ona yumruq zərbələrini vurmağa başladığını, həmin vaxtı orada olan Həsənov Hafiz və Hüseynov Rafaelin onları aralaşdırdıqlarını, o sadəcə verilən tapşırığı icra etdiyini, Şəxs ilə eyni kənd sakini olduqlarını, onun barəsində həbs növündən inzibati tənbehin tətbiq edilməsini istəmədiyini, qanunda nəzərdə tutulan digər tədbirlərin görülməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X9 izahatında, 13.10.2021-ci il tarixdə Havuş kəndinin icra nümayəndəsi Zərərçəkmiş şəxs ona zəng edərək Havuş kəndində olan bulaqdakı bəy sözünü silinməsi barədə tapşırıq verildiyini bildirdiyini, buna görə də sabah həmin yerə getməyini istədiyini, 14.10.2021-ci il tarixdə həmin yerə getdiyini, bulağın başına çatan vaxtı Valeh müəllim ilə Şəxs və X4 mübahisə etdiklərini gördüyünü, həmin vaxtı Valeh müəllimin Şəxs yazının silinməli olduğunu bildirdiyini, Şəxs isə ustalar gələndə səliqəli şəklində siləcəyini bildirdiyini, Valeh müəllimin israrla bu gün saat 9:00- a qədər silib məruzə edəcəyini, silmək istəyən zaman Şəxs Valeh müəllimə pis ifadə işlədərək şillə ilə vurduğunu, aralarındakı mübahisə zamanı Məmmədov Qafurun da Valeh müəllimin üzərinə yürüyərək şillə ilə vurduğunu, Rafael müəllim ilə onları aralaşdırdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Hafiz Mehman oğlu ilə eyni məzmunda izahat vermişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 14.10.2021-ci il tarixli 78 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaşındakı sıyrıq selikli qişasındakı qançurlar küt əşyanın təsirindən törəməyə xarakterikdirlər, xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan 15.10.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktik sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs yaşını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs xx.xx.1953-cü il tarixdə doğulduğundan İXM-in 30.2-ci maddəsinə görə onun barəsində həbs inzibati tənbeh növü tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar