Məhkəmə qərarları › İş №3(110)-74/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-74/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-74/2023 05.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda duran, Bakı şəhərində yaşayan (FİN: xxxxxxx) X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 012350 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, X12 bir icra sənədi üzrə 1550 manat aliment borcunu və dörd icra sənədi üzrə 6946 manat pul vəsaitini ödəməkdən yayınmışdır. Bununla da, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 izahatında icra sənədləri barədə məlumatının olduğunu, alimenti tam şəkildə ödəmədiyi üçün borcunun yarandığını, maddi imkanın olmadığı üçün digər icra sənədləri üzrə borclarını ödəyə bilmədiyini, iş materialında qeyd edildiyi deyilən “X19” MMC adlı şirkət tanımadığını, orada işləmədiyini, 3 ildir işsiz olduğunu, həmçinin yenidən ailə qurduğunu, 2 azyaşlı uşağının da olduğunu, buna görə də, borclarını ödəyə bilmədiyini, iş tapıb işləyəcəyini və borclarını ödəyəcəyini qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-822/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 03 may 2005-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X4 iddiaçı X6 xeyrinə tutulan aliment miqdarı artırılması, cavabdeh X4 03 may 2005ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmasının qət edildiyini, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-844/2018 saylı 12 dekabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur şəhəri, Səməd Vurğun küçəsi, ev 29 ünvanında qeydiyyatda duran xx.xx.1990-cı il təvəllüdlü, borclu X4 50-300-35-44 nömrə vasitəsilə kreditor cəmiyyətin rabitə xidmətlərindən istifadəyə görə yaranmış 33.69 manat abunə haqqı və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 53.69 manat məbləğində borc pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinin əmr edildiyini, Şərur rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 735/2018 saylı 12 noyabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur şəhəri, Səməd Vurğun küçəsi, ev 29 ünvanında qeydiyyatda duran xx.xx.1978-ci il təvəllüdlü, borclu X4 687.40 manat əsas, 59.22 manat hesablanmış cərimə, cəmi 746.62 manat pulun və 20 manat dövlət rüsumu pulun alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsinin əmr edildiyini, Şərur rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-147/2021 saylı 05 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilməklə cavabdeh X4 498,18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 598,63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat borc, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 618,63 (altı yüz on səkkiz manat altmış üç qəpik) manat manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edildiyini, Şərur rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-424/2020 saylı 14 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilməklə cavabdeh X4 əsas borca görə 4898,26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 5527,06 (beş min beç yüz iyirmi yeddi manat altı qəpik) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edildiyini, icra sənədlərii üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişlər göndərildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu X5 ünvanına tələbin könüllü icrası haqqında bildirişlər göndərildiyini, aliment borcundan az-az ödədiyini, digər icra sənədləri üzrə borclarını ödəmədiyini, onun barəsində axtarış qərarı çıxarıldığını, xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşlarının onu Şərur rayon İcra və Probasiya gətirərək təhvil verdiklərini, tələbkarların tez-tez zəng edərək borcların ödənilməsini tələb etdiklərini, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X12 inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, X5 izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 822/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 03 may 2005-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X4 iddiaçı X6 xeyrinə tutulan aliment miqdarı artırılması, cavabdeh X4 03 may 2005-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmasının qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-844/2018 saylı 12 dekabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur şəhəri, Səməd Vurğun küçəsi, ev 29 ünvanında qeydiyyatda duran xx.xx.1990-cı il təvəllüdlü, borclu X4 50-300-35-44 nömrə vasitəsilə kreditor cəmiyyətin rabitə xidmətlərindən istifadəyə görə yaranmış 33.69 manat abunə haqqı və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 53.69 manat məbləğində borc pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinin əmr edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-735/2018 saylı 12 noyabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur şəhəri, Səməd Vurğun küçəsi, ev 29 ünvanında qeydiyyatda duran xx.xx.1978-ci il təvəllüdlü, borclu X4 687.40 manat əsas, 59.22 manat hesablanmış cərimə, cəmi 746.62 manat pulun və 20 manat dövlət rüsumu pulun alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsinin əmr edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-147/2021 saylı 05 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilməklə cavabdeh X4 498.18 (dörd yüz doxsan səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 100,45 (bir yüz manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 598.63 (beş yüz doxsan səkkiz manat altmış üç qəpik) manat borc, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 618.63 (altı yüz on səkkiz manat altmış üç qəpik) manat manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-424/2020 saylı 14 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilməklə cavabdeh X4 əsas borca görə 4898.26 (dörd min səkkiz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat, faiz borcuna görə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 5496.66 (beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 5527.06 (beş min beç yüz iyirmi yeddi manat altı qəpik) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərardad görünür ki, borclu xx.xx.1978-ci il təvəlüdlü Şərur şəhəri, Səməd Vurğun küçəsi, ev 29 ünvanında qeydiyyatda olan X12 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə” protokoldan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 012350 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, X12 bir icra sənədi üzrə 1550 manat aliment borcunu və dörd icra sənədi üzrə 6946 manat pul vəsaitini ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXMnın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, X5 adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, eyni zamanda o, əməkhaqqı və sosial ödəniş almır, “X19” MMC-də baş direktor olması və 250 manat əmək haqqı alması göstərilmişdir. X3 izahatında elə bir şirkət tanımadığını, orada işləmədiyini və artıq 3 ildir işsiz olduğunu bildirmişdir. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs X5 əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs X8 inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar