Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-75/2021 16.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və Zərərçəkmiş şəxs iştirakı ilə, Şərur Rayon Polis Şöbəsidən daxil olmuş, xx.xx.1983-cü ildə Naxçıvan şəhərində doğulmuş, evli, 2 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu Havuş kəndində yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxs 14.10.2021-ci il tarixdə saat 07:30 radələrində Şərur rayon Havuş kənd ərazisində kənd sakini Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə X5 əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs X9 izahatında və verilən suallara cavabında 14.10.2021-ci il tarixdə təxminən saat 07:30 radələrində evdə olan zaman Məmməd dayının onu çağırdığını, həmin yerə getdiyini, bu zaman kəndin icra nümayəndəsi Valeh müəllim ilə Məmməd dayının mübahisə etdiklərini, Valeh müəllimin bulağın üstündəki yazının siləcəyini bildirdiyini, Məmməd dayının isə ustalara deyib gəlib siləcəyini bildirdiyini, onların mübahisə etməyə başladıqlarını, həmin vaxtı Valeh müəllimin ədəbsiz kəlimələr işlətməyə başladığını, ağsaqqalına hörmət qoymadığı üçün özünü saxlaya bilməyib ona bir şillə vurduğunu, orada olan Hafiz müəllimin və Rafael müəllimin onlara aralaşdırdığını, sonra Məmməd dayının öz avtomobilinə minib oradan uzaqlaşdığını, əməlindən peşman olduğunu, 2 azyaşlı uşağının olduğunu, həbs olunarsa ailəsinin dağ kəndində azyaşlı uşaqları ilə tək qalacağını, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, ondan üzr istədiyini bildirərək ona yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs izahatında 13.10.2021-ci il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin 1-ci müavini İmran müəllimin ona zəng vuraraq Havuş kəndində olan bulağın üzərindəki bəy kəliməsinin 14.10.2021-ci il tarixində saat 08:30 radələrinə kimi silinib məruzə olunmasını bildirdiyini, bu barədə müavini X6 və mühasib işləyən X4 məlumat verdiyini, həmin şəxslərin də 14.10.2021-ci il tarixində bulaq başında olmalarını istədiyini, lakin İsmayılov Məmmədə gec olduğu üçün məlumat vermədiyini, ertəsi gün orada olan zaman deyəcəyini bildirdiyini, 14.10.2021-ci il tarixdə saat 07:15 radələrində evdən özü ilə bir ədə kərki götürüb bulaq başına getdiyini, ora çatan vaxtı bəy sözünü silmək istədiyini, lakin silə bilmədiyini, X2 və baldızı oğlu X9 ilə onun yanına gəldiklərini, onlarla salamlaşdığını, onlara bəy sözünün silinməli olması barədə göstərişin olduğunu bildirdiyini, mübahisə etməyə başladıqlarını, İsmayılov Məmmədin ona “sən kimsən bəy sözünə yaxın gələsən” dediyini, ustalar gələndə özünün sildircəyini bildirdiyini, ona bu gün saat 08:30 radələrinə kimi silinib məruzə olunmalı olduğunu bildirdiyini, bu zaman İsmayılov Məmmədin özündən çıxıb sol gözünün üstündən bir yumruq zərbəsinin vurduğunu, sonra isə Qafarın ona yumruq zərbələrini vurmağa başladığını, həmin vaxtı orada olan Həsənov Hafiz və Hüseynov Rafaelin onları aralaşdırdıqlarını, sonra Məmmədin öz avtomobilinə minib oradan uzaqlaşdığın, Məmmədov Yaqub ilə eyni kənd sakini olduqlarını, onun barəsində həbs növündən inzibati tənbehin tətbiq edilməsini istəmədiyini, qanunda nəzərdə tutulan digər tədbirlərin görülməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X10 izahatında, 13.10.2021-ci il tarixdə Havuş kəndinin icra nümayəndəsi Zərərçəkmiş şəxs ona zəng edərək Havuş kəndində olan bulaqdakı bəy sözünü silinməsi barədə tapşırıq verildiyini bildirdiyini, buna görə də sabah həmin yerə getməyini istədiyini, 14.10.2021-ci il tarixdə həmin yerə getdiyini, bulağın başına çatan vaxtı Valeh müəllim ilə X2 və X5 mübahisə etdiklərini gördüyünü, həmin vaxtı Valeh müəllimin İsmayılov Məmmədə yazının silinməli olduğunu bildirdiyini, İsmayılov Məmmədin isə ustalar gələndə səliqəli şəklində siləcəyini bildirdiyini, Valeh müəllimin israrla bu gün saat 9:00-a qədər silib məruzə edəcəyini, silmək istəyən zaman X12 müəllimə pis ifadə işlədərək şillə ilə vurduğunu, aralarındakı mübahisə zamanı Şəxs da Valeh müəllimin üzərinə yürüyərək şillə ilə vurduğunu, Rafael müəllim ilə onları aralaşdırdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Hafiz Mehman oğlu ilə eyni məzmunda izahat vermişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 14.10.2021-ci il tarixli 78 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaşındakı sıyrıq selikli qişasındakı qançurlar küt əşyanın təsirindən törəməyə xarakterikdirlər, xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan 15.10.2021-ci il tarixli tibbi arayışlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 praktik sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X5 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X9 tərəfindən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə X5 azyaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşmançılığını, qarşı tərəflə barışığa cəhd etməsini, ondan üzr istəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X5 barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs X9 Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs X9 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-75/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-75/2021
16.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver