Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-75/2022 12.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan (fin kod: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 012278 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-567/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 3100 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında Nərimanov Rayon Məhkəməsinin 2(110)-567/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə qızları xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X3 hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödənilməsinin müəyyən olunduğunu, əvvəllər X6 və uşaqları ilə eyni evdə yaşadıqlarını, aliment pulunu ödəməsədə ailənin bütün tələbatını özünün ödədiyini, tələbkarın onu evdən çıxardığını, öz evinə gedə bilmədiyini, anasının evində müvəqqəti məskunlaşdığını, haliyədə xəstə olduğunu, səhhətində ciddi psixi probremlərinin olduğunu, bu barədə psixatr müainəsinə dair arayışıda icra məmuruna təqdim etdiyini ,xəstə olduğu üçün xeyli vaxdır işləyə bilmədiyini, işləmədiyi üçün də aliment borcunu tam ödəyə bilmədiyini, uşaqlarının saxlanması üçün aliment pulundan 600 manat tələbkara ödədiyini, hərəkətlərindən peşmançılıq çəkdiyini, sağaldıqdan sonra işləyərək aliment borcunun hamısını ödəyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-567/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2007ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsinin müəyyən olunduğunu, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədi Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, lakin həmin şəxsin aliment borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından boyun qaçırıldığını, icra sənədi üzrə borcunun 3100 manat olduğunu, tələbkarın da hər gün zəng edərək aliment borcunun ödənilməsini tələb etdiyini, lakin borclunun onun qanuni tələblərini yerinə yetirmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-567/2022 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Şərur Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarin tədiq olunmuş surətindən görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-567/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Şəxs rəsmi qaydada göndərilmişdir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli iltizamlardan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, X1 Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs borcunu tam ödəməyəcəyi təqdirdə onun barəsində inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair inzibati xəta protokol tərtib edilərək məhkəməyə müraciət edilməsini xahiş etmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli 012278 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-567/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 3100 manat aliment borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialına əlavə olunmuş arayışlardan görünür ki, Şəxs əmək pensiyası, sosial müavinət almır. İş materialına əlavə edilmiş “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Şəxs adına bank hesabları, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin xx.xx.2021-ci il tarixli sorğu məlumatına əsasən borclu Şəxs daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə məxsus olan Şərur rayonu Çomaxtur kəndində JN-369 nömrəli Dövlət Aktına əsasən verilmiş 3200.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-533A nömrəli Torpaq şəhadətnaməsi əsasında verilmiş 1580.28 kv.m həyətyanı torpaq sahəsinin qeydə alındığı müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəmənin 2(110)- 567/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İcra sənədi vaxtında icra edilmədiyi üçün Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda borclunun Şərur Rayon Məhkəmənin 2(110)-567/2022 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 3100 manat aliment borcunu ödəməkdən yayınması qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borcun yönəldilə biləcəyi borclu Şəxs məxsus Şərur rayonu Çomaxtur kəndində JN-533A nömrəli Torpağın mülkiyyətə şəhadətnamə əsasında verilmiş 1580.28 kv.m həyətyanı torpaq sahəsi mövcuddur. İcra məmuru icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borcun borclu Şəxs məxsus torpaq sahəsinə yönəldilməsi barədə heç bir icra tədbiri görməmiş, yalnız tələbkar X2 şikayəti əsasında borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu isə onu deməyə əsas verir ki, borclunun hazirki qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı heç bir sübut yoxdur. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Beləliklə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs oğlunun barəsində tərtib olunmuş 12 oktyabr 2022-ci il tarixli 012278 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-75/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-75/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver