Məhkəmə qərarları › İş №3(110)-77/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-77/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-77/2020 18.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Şəxs və Zərərçəkmiş şəxs barəsində Naxçıvan Muxtar Respublikası DİN Şərur Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, 007921 və 007922 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materilları araşdırılan zaman müəyyən olundu ki, inzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol, izahat və digər materiallarda inzibati xəta hadisəsinin xx xxxxxx 2020-ci il tarixdə baş verdiyi və xətanın həmin tarixdə aşkar edildiyi göstərilmişdir. İnzibati xəta haqqında protokol isə qanunvericiliyin tələbləri pozulmaqla xətanın baş verdiyi və aşkar edildiyi tarixdən 3 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İş materiallarından görünür ki, inzibati xətanın törədilməsi faktı xətanın törədildiyi gün aşkar edilmiş, barəsində icraat aparılan şəxslərin şəxsiyyəti müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolun xəta hadisəsinin aşkar edildiyi xx xxxxxx 2020-ci il tarixdən 3 gün sonra tərtib edilməsi İXM-in 101-ci maddəsinin pozulmasına səbəb olmuşdur. Beləliklə protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasşı İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs və Zərərçəkmiş şəxsbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından protokol və ona əlavə sənədlər onu tərtib etmiş orqana – Şərur Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar