Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-77/2024 13.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev X1 Əli Qadir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq belə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsi Bakı şəhəri Xəzər rayonu ərazisində törədilmişdir. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin məktubuna əsasən Şəxs hazırda Naxçıvan Muxtar Respublikasının Böyükdüz cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün iş materialları aidiyyəti üzrə baxılması üçün şəxsin qeydiyyatda olduğu ərazi üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən cəzaçəkmə müəssisəsinin səlahiyyətli nümayəndəsinə telefonoqram göndərilərək Şəxs haliyədə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən işə yaşadığı yer üzrə Şərur Rayon Məhkəməsində baxılması ilə bağlı vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında protokol və ona əlavə sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-77/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-77/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver