Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-77/2025 14.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1993-cü ildə Şərur rayon Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, sürücü işləyən, Şərur rayon Qarxun kəndində yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Qarxun kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40 radələrində Şərur rayon Qarxun kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2025-ci il tarixdə özünə məxsus “VAZ 2106” markalı avtomobil ilə Şərur rayon Qarxun kəndində hərəkətdə olan zaman DYP əməkdaşlarının ona saxla işarəsi verdiklərini, avtomobili yolun kənarına çəkib saxladığını, ona yaxınlaşıb sənədləri təqdim etməyi istədiklərini, onlara sənədlərin evdə olduğunu dediyini, daha sonra avtomobildə konstruksiya dəyişikliyi olduğunu və ona cərimə yazılacağını dediklərini, onlarla razılaşmadığını, avtomobilin duracağa yerləşdirilmək istədiklərini, atasına zəng edərək məlumat verdiyini, atasının da onlarla getmək istədiyini dediyini, atasını götürmək üçün avtomobili çevirən zaman polis əməkdaşının əli ilə sükandan tutub mane olduğunu, qarşı tərəfdən çıxan avtomobilin yoluna çıxdıqlarının, qəza olmaması üçün polisin əlini sükandan çəkdiyini, atasını götürmək üçün maşını sürdüyünü, oaraya çatdıqda atasının nə üçün maşını saxladıqlarını soruşduğunu, polislə aralarında kiçik mübahisə yarandığını, polis əməkdaşının avtomobilə baxış keçirmək istədiklərini dediklərini, daha sonra avtomobili duracağa yerlləşdirdiklərini, 2 azyaşlı uşağının olduğunu bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2025-ci il tarixdə post yoldaşı X1 ilə Şərur rayon Qarxun kəndində xidmətdə olduqlarını, saat təxminən 20:40 radələrində “VAZ 2106” markalı avtomobili saxladıqlarını, həmin avtomobilin konstruksiya dəyişikliyi olduğundan, nəqliyyat vasitəsinin ön şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkildiyindən İXM-in 96.1.5-ci maddəsinə əsasən onu Şərur şəhərində yerləşən texniki baxış məntəqəsinə dəvət etdiklərini, post yoldaşı Samurun həmin avtomobilə əyləşərək onu texniki baxış məntəqəsinə apardığını, təxminən 5 dəqiqə sonra yüksək sürətlə maşının yanından keçdiyini, ona dur işarəsi verdiyini, onun saxlamadan sürdüyünü, post yoldaşının ona zəng edərək Şəxs tabesizlik etdiyini, onu döyməyə apardığını dediyini, dərhal onların arxasınca getdiyini, avtomobildən düşən kimi Elvinin Samurun üstünə yetirərək uca səslə səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini, onu nizam-itizama dəvət etdiklərini, lakin həmin şəxsinin onlarının qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, oraya gələn qohumlarının da səs-küy saldığını, rəhbərliyə məruzə edərək əlavə qüvvə çağırdığını, atasının da onların arxasınca texniki baxış məntəqəsinə gəldiyini, polis əməkdaşının onu sakitləşdirib polis idarəsinə gətirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında Şərur RPİ əməkdaşı olduğunu bildirərək şahid X2 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarına əlavə olunmuş videomaterialdan da görünür ki, Şəxs polis əməkdaşlarına qarşı kobud şəkildə tabesizlik hərəkətlərinə yol vermişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və həmçinin işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-77/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-77/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver