Məhkəmə qərarları › İş №3(110)-78/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-78/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-78/2020 19.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs və X5 iştirakları ilə, xx.xx.1982-ci ildə Şərur rayon Cağazir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Şahbulaq kəndində qeydiyyatda duran və yaşayan Şəxs və xx.xx.1987-ci ildə Şərur rayon Cağazir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Şahbulaq kəndində qeydiyyatda duran və yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaşlar Şəxs və X5 barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, onlar, xx xxxxxx 2020-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da onlar Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşlar. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi X5 ona zəng edərək, “birlikdə ova gedək” dediyini, onunla razılaşdığını, həmin gün təxminən saat 15:00-16:00 radələrində Rac Bağırovda olan silahı götürərək, birlikdə Şahbulaq kəndinin dağlıq ərazisinə getdiklərini, bir müddət sonra həmin yerə sahə müvəkkilinin köməkçisi Feyzulla adlı şəxsin gəldiyini və onlardan silahı təhvil vermələrini tələb etdiyini, lakin onun bu tələbinə tabe olmadıqlarını, Feyzullanın həmin yerə Nağı və Samil adlı polis əməkdaşlarını çağırdığını, polis əməkdaşlarının onları polis məntəqəsinə dəvət etdiklərini, tutduğu əməldən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs X9 izahatinda göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Şəxs ilə birlikdə Şahbulaq kəndinin dağlıq ərazisinə ova getdiklərini, həmin ərazidə olan zaman kənddə xidmət aparan polis əməkdaşı Feyzulla adlı şəxsin onlara yaxınlşadığını,onlardan silahı təhvil vermələrini və onunla bilrikdə polis məntəqəsinə getmələrini xahiş etdiyini, lakin onun qanuni tələbinə tabe olmadıqlarını, bundan sonra həmin yerə Nağı və Samil adlı polis əməkdaşlarının gəldiklərini, onlar silahı götürdükdən sonra onları polis məntəqəsinə dəvət etdiklərini, birlikdə polis məntəqəsinə getdiklərini, tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, 2004-cü ildən bəri DİO-da xidmət etdiyini, xx xxxxxx 2020-ci il tarixdə Şərur rayon Şahbulaq kəndində xidmət aparan zaman həmin kəndin Ağsal deyilən ərazisində qanunsuz ov edilməsi ilə bağlı məlumat aldığını, həmin əraziyə getdiyini, oraya çatan zaman əvvəlcədən tanıdığı Şahbulaq kənd sakinləri Şəxs və X5 ov etdiklərini gördüyünü, onlara yaxınlaşdığını, onlardan silahı təhvil vermələrini və onunla birlikdə polis məntəqəsinə getmələrini tələb etdiyini, həmin şəxslərin onun bu tələbinə tabae olmadıqlarını, daha sonra həmin kəndin sahə inspektoru Samir Mehdiyevi və polis nəfəri Nağı Orucovu həmin əraziyə çağırdığını, onlar gəldikdən sonra Şəxs və X7 polis məntəqəsinə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən bəri DİO-da xidmət etdiyini, xx xxxxxx 2020-ci il tarixdə xidmət aparan zaman iş yoldaşı Feyzulla Əhmədovun ona zəng edərək Şahbulaq kəndində yerləşən Ağsal adlı əraziyə getməsini istədiyini, həmin yerə çatdıqda orada Şahbulaq kənd sakinləri X5 Şəxs olduqlarını gördüyünü, onlardan yanlarında olan silahı və mərmiləri təhvil vermələrini xahiş etdiklərini, lakin həmin şəxslərin onların qanuni tələbinə tabe olayaraq silahı və mərmiləri verməkdən imtina etdiklərini, daha sonra həmin şəxsləri polis məntəqəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs və X5 etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs və X5 əməlləri düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs və X9 xx xxxxxx 2020-ci il tarixdə Şahbulaq kəndi ərazisində qanunsuz ov edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Ona görə də Şəxs və X9 həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs üzərindən şəxsi axtarışı nəticəsində hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, X5 üzərindən şəxsi axtarışı nəticəsində hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 007921 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli 007922 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 polisin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 1900-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən X9 xx xxxxxx 2020-ci il tarixdə saat 1900-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən Şəxs və X1 peşmançılıqlarını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs və X5 əməllərində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs və X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs olunmalıdırlar. İnzibati həbsin əvvəli Şəxs və X5 inzibati qaydada tutulduqları xx xxxxxx 2020-ci il tarixdən saat 19 00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş şəxslər Şəxs və X9 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsinlər. İnzibati qaydada həbs etmənin əvvəli Şəxs və X5 tutulduqları xx xxxxxx 2020-ci il tarixdən, saat 19 00-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar