Məhkəmə qərarları › İş №3(110)-78/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-78/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-78/2021 29.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 3(004)-2512/2021 nömrəli qərardadı ilə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar Şərur Rayon Məhkəməsin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 26 sentyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 09 oktyabr 2021-ci il tarixli 07336782-1221 nömrəli məktubla baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 3(004)-2512/2021 nömrəli qərardadı ilə vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 26 sentyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs oğlu İXM-in 342.7-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 13 mart 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar və İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 15 mart 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Vətəndaş həmin qərarları 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün 26 sentyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 09 oktyabr 2021-ci il tarixli 07336782-1221 nömrəli məktubla baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 3(004)-2512/2021 nömrəli qərardadı ilə inzibati xəta haqqında protokolu aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Sənədlər araşdırılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında Qərarlar Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxsə və zərərçəkmiş şəxsə rəsmi qaydada verilməli, bundan sonra İXM-in 130cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəyə minsin. Yalnız qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Lakin İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar barədə xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı inzibati materiala əlavə edilmədiyindən, həmin qərarın Şəxs münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsinin müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, iş materiallarında 2 ədəd inzibati tənbeh vermə haqqında Qərar olmasına baxmayaraq, 26 sentyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun onlardan birinin, və ya hər ikisinin də icra olunmamasına görə tərtib edildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; - 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq, qərara aldım: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 26 sentyabr 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar