Məhkəmə qərarları › İş №3(110)-78/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-78/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-78/2025 04.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Zərərçəkmiş hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat nümayəndəsi: Nazirliyinin Şərur Rayon Dayaq məntəqəsinin müdiri X3 iştirakı ilə xx.xx.1982-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (3 uşaq atası), orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi təsərrüfatla məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsində daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşin materiallarında olan 17 mart 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə özünə məxsus xırda buynuzlu heyvanları Şərur rayon Dərvişlər kəndində Kənd Təsərrüfatı Nazirliyinə məxsus Dayaq Məntəqəsinin təcrübə sahəsinə buraxaraq, təcrübə sahəsinin əkinlərini korlamışdır. Faktla bağlı Şərur Rayon Polis İdarəsi tərəfindən ilkin araşdırma aparılaraq Şəxs əməllərində cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 17 mart 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. xx.xx.2025-ci il tarixdə həyata keçirilən məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etmədiyini bildirərək, verdiyi izahatında Bəhman müəllim həmin torpağı başqa bir şəxsə heyvanlarını otarması üçün 400 manata icarəyə verdiyini, həmçinin özü başqa bir torpaq sahəsini heyvanlarını otarması üçün icarəyəyə götürdüyünü, həmin şəxslə icarəyə götürdükləri torpaq sahələrini heyvanlarını otarmaqları üçün dəyişiklərini, ona görə də, həmin sahəyə heyvanlarını ötürdüyünü, həmin torpaq sahəsinin bir tərəfində böyük ağaclar - 15 illik tut ağaclarının olduğunu, bir tərəfində də turp əkildiyini, o da ona deyilən yerdə heyvanlarını otardığını, Bəhman müəllim oraya gəlib heyvanlarını oradan çıxarmasını ondan tələb etdiyini, o da heyvanlarını oradan çıxardığını, bundan sonra Bəhman müəllim ondan şikayət edilməməsi əvəzində ondan bir heyvan istədiyini, o da onlara ziyan vurmadığı üçün onunla razılaşmadığını, sübutunuz varsa gedib şikayət edin dediyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak edən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin Şərur Rayon Dayaq məntəqəsinin müdiri X6 verdiyi izahatında, Şəxs təcrübə əkin sahələrini otararaq məhv etdiyini bildirərək, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatları ilə yanaşı, inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(110)-78/2025 №-li qərardadından və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktunundan görünür ki, iş üzrə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına X7 X8 Şərur Dayaq məntəqəsinə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin tarixdə məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qəbul edilmiş qərardad icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(110)-78/2025 №-li qərardadı baxılmadan geri qaytarılmışdır. Məhkəmənin “X2” MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair xx.xx.2025-ci il tarixli, 3(110)-78/2025 №-li qərardadı icra edilməsi üçün “X2” MMC-yə göndərilmişdir. “X2” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərkəzi müvafiq hesabatı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. “X2” MMC-nin təqdim etdiyi hesabatdan görünür ki, iş üzrə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına X7 X8 Şərur Dayaq məntəqəsinə vurulmuş maddi ziyanın məbləği 1341 (bir min üç yüz qırx bir) manat olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin bütün bunlara baxmayaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən, onun barəsində başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən həmin tarixdə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. X9 Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və hazırki inzibati xəta haqqında iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərarın qəbul edildiyi vaxtdan 3 aydan artıq müddət keçdiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o, inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.1.6, 105, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsində nəzərdə tutulmuş əsasla (inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar