Məhkəmə qərarları › İş №3(110)-79/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-79/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-79/2020 30.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev X4 Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, sürücü işləyən, Şərur şəhərində yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunmasına dair İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 barəsində Naxçıvan Muxtar Respublikası Dövlət X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, həmin qərarla razılaşmayan X3 xx.xx.2020-ci il tarixdə həmin qərardan Şərur Rayon Məhkəməsinə şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi Naxçıvan MR DİN DYPİ tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə İXP ******* nömrəli inzibati xətalara dair elektron protokol tərtib edildiyini, protokolda Şərur şəhərində xx.xx.2020-ci il tarixdə **-AA-*** nömrəli xidməti avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinin göstərildiyini, lakin xx.xx.2020-ci il tarixdə iş günü olmadığından tərəfindən xidməti avtomobillə heç bir inzibati xəta törədilmədiyini, bunu DYP əməkdaşı zəng edib məlumat verərkən ona da bildirdiyini, ona isə xətanın xx.xx.2020-ci il tarixdə törədildiyinin deyildiyini, onun isə niyə bəs protokolda xətanın xx.xx.2020-ci il tairxdə törədildiyinin göstərildiyini soruşduğunu, lakin əsaslı cavab ala bilmədiyini, xx.xx.2020-ci il tarixdə isə svetaforun yerləşdiyi H.Əliyev prospektində asfalt örtüyün verilməsi ilə bağlı svetaforun yerləşdiyi yerdə prospektin lent vasitəsilə avtomobillərin girişi üçün bağlandığını, hərəkətin orada olan DYP əməkdaşları tərəfindən tənzimləndiyini, xx.xx.2020-ci il tarixdə törədilməsi bildirilən xətaya görə isə xx.xx.2020-ci il tarixdə elektron protokolun kabinetə yerləşdirilməsinin qanunsuz olduğunu, elektron kabinetə foto və ya video materiallar əlavə olunmadığını, buna dair sübuları şikayətinə əlavə etdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 izahatında şikayətində göstərilən halları təsdiq edərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Naxçıvan Muxtar Respublikası Dövlət X8 şikayətə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin nümayəndəsinin iştirakı təmin olunmamış, şikayətin əsassız olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə İXM-in 131 və 133-cü maddələrinə uyğun olaraq qərarından şikayət verilən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli elektron protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Naxçıvan MR DİN DYPİ tərəfindən X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli elektron protokolun surətindən görünür ki, xətanın xx.xx.2020-ci il tarixdə Şərur şəhərində törədildiyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli elektron protokola əlavələrin surətindən görünür ki, inzibati xətaya dair foto və ya video materiallar elektron kabinetə yerləşdirilməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsaslıdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin qərarda Şərur şəhərində xx.xx.2020-ci il tarixdə **-AA-*** nömrəli xidməti avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətinin əsası ondan ibarətdir ki, onun tərəfindən inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilən tarixdə, yəni xx.xx.2020-ci il tarixdə xidməti avtomobillə heç bir inzibati xəta törədilməmişdir, DYP əməkdaşının ona bildirdiyi xx.xx.2020-ci il tarixdə törədilməsi qeyd olunan xətaya görə isə xx.xx.2020-ci il tarixdə elektron qərar çıxarılıb kabinetə yerləşdirilməsi İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən qadağan olunur, buna görə də inzibati tənbeh vermə haqqında elektron qərarın qanunsuzdur, həmçinin elektron kabinetə İXM-in 122.3-cü maddəsinin tələbləri pozulmaqla foto və ya video materiallar əlavə olunmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş elektron protokol və ona əlavə edilmiş digər yazılı sübutlardan aydın oldu ki, həqiqətən də inzibati xətanın hansı tarixdə törədilməsini təsdiq edən sübutlar qərarından şikayət verilən orqan tərəfindən elektron kabinetə yerləşdirilməmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı bütün sübutetmə yükü məhz qərarından şikayət verilən orqan - Naxçıvan Muxtar Respublikası DİN Dövlət X7 üzərinə düşür. Çünki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 122.3-cü maddəsi məhz orqanın üzərinə vəzifə qoymuşdur. Orqan tərəfindən isə əvvəlcədən işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə hər hansı sübut (foto və ya video materiallar) təqdim edilməmişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə inzibati xəta hadisəsinin baş verməsi iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə şikayətin əsaslı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə görə həmin məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, 53.0.6-cı maddəsinə görə isə həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, X2 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6, 53, 122.1, 126, 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldım: X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar