Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-79/2023 10.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X11 iştirakı ilə, xx.xx.2006-cı ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda duran və yaşayan (FİN: 5TA1VBA) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində X3 məxsus evdən elektrik naqillərinin oğurlanması müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə atası X12 ona və qardaşı İman Hüseynova qəbirstanlığa gedib babalarının qəbrinin üzərini təmizləməyi tapşırdığını, qardaşı ilə birlikdə qəbirstanlığa getmək üçün evdən çıxdıqlarını, yol ilə gedərkən kənddə heç kimin yaşamadığı və kimə məxsus olduğunu bilmədiyi bir evin pəncərəsindən elektrik naqilinin çıxdığını gördüyünü, həmin pəncərənin çadırla örtüldüyünü, həmin elektrik naqilini oğurlayıb içərisində olan mis hissələrini sataraq qazanc əldə edə biləcəyini düşündüyünü, məhəllədə heç kimin olmadığını görüb həmin pəncərəyə yaxınlaşdığını, elektrik naqilini götürmək istəyən zaman qardaşı İman Hüseynovun onun yanına gələrək ona “sən nə edirsən, şunuru qoy yerinə, oğurluq etmə” dediyini, onun sözlərinə məhəl qoymayaraq pəncərənin önünə bağlanmış çadırı açdığını və içəridə olan təxminən 1 topa yaxın qara rəngli elektrik naqilini götürdüyünü, ilk öncə həmin elektrik naqilini götürdüyü evin yanına qəbirstanlıqdan qayıdan zaman götürmək üçün qoydğunu, daha sonra oradan kiminsə götürə biləcəyini düşünüb həmin evlə qonşuluqda olan Aypara adlı qadının evinə qoymaq qərarına gəldiyini, yoldan onları səslədiyini, Aypara adlı qadının yola çıxdığını, ona əlindəki naqilləri göstərərək həyətyanı sahəsinə qoymaq istədiyini bildirdiyini, həmin vaxt Aypara adlı qadının ondan həmin naqillkərin kimə məxsus olduğunu soruşduğunu, ona özünə məxsus olduğunu bildirdiyini, ona inanmayaraq yenə eyni sualı verdiyini, əli ilə oğurluq etdiyi evi göstərərək oradan oğurladığını bildirdiyini, daha sora elektrik naqillərini yerə atdığını, sonra polis əməkdaşlarının gələrək onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, izahatlarının alındığını, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən çox peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X17 izahatında və verilən suallara cavabında Nicatın sakit təbiətli olduğunu, onun bu günə qədər belə hadisələrə qarışmadığını, məktəbdə və yoldaşları arasında problem yaşamadığını, bundan sonra bu kimi hərəkətlərə yol verilməməsi üçün onunla daha ciddi şəkildə maraqlanacağını qeyd edərək, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs X1 Respublikası ərazisində yaşadığından onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə inzibati xətaya dair işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmadığından inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə Şərur Rayon Prokuroruna əvvəlcədən məlumat verilməsinə baxmayaraq, o, işin baxılmasında iştirak etməmiş, eyni zamanda işə baxılmasının təxirə salınması barədə ondan hər hansı bir vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə Şərur Rayon Prokurorunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində evində olan zaman kiminsə onun çağırdığını eşidib yola çıxdığını, onu çağıranın həmkəndlisi X14 oğlu Nicat olduğunu gördüyünü, qardaşı İmanın da onun yanında olduğunu, Nicatın əlində olan elektrik naqilini ona göstərərək həyətyanı sahəsiniə qoymaq istədiyini, daha sonra gəlib götürəcəyini bildirdiyini, ondan həmin elektrik naqilinin kimə məxsus olduğunu soruşduğu zaman özünə məxsus olduğunu bildirdiyini, ona inanmayaraq ondan yenə həmin naqili haradan əldə etdiyini soruşduğunu, həmin vaxt əli ilə qonşusu X3 məxsus evi göstərərək oradan oğurladığını bildirdiyini, bu barədə kəndin polis sahə inspektoruna zəng vuraraq məlumat verdiyini bildirdi. Məhkəmə iclasında X18 təhsil aldığı məktəbin psixoloqunun iştirakı ilə şahid qismində dindirilərkən izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə atası X12 ona və qardaşı İman Hüseynova qəbirstanlığa gedib babalarının qəbrinin üzərini təmizləməyi tapşırdığını, qardaşı ilə birlikdə qəbirstanlığa getmək üçün evdən çıxdıqlarını, yol ilə gedən zaman qardaşının bir evin yola tərəf olan pəncərəsindən elektrik naqilinin çölə çıxdığını görüb oraya tərəf getdiyini və ona həmin elektrik naqillərini oğurlayacağını bildirdiyini, ona bu hərəkəti etməməli olduğunu bildirdiyini, onun sözlərinə məhəl qoymayaraq həmin pəncərədən elektrik naqillərini götürdüyünü, ona təkrar götürdüklərini yerinə qoymasını tələb etdiyini, lakin onun bunu etmədiyini, daha sonra elektrik naqillərini götürdüyü evlə qonşuluqda yaşayan Aypara xalanı çağırdığını, Aypara xala çölə çıxan zaman qardaşının ona əlindəki elektrik naqillərini göstərərək özünə məxsus olduğunu bildirdiyini və ondan qəbirstanlığa gedib-gələnə qədər özündə saxlamasını istədiyini, Aypara xalanın qardaşına inanmayaraq ondan elektrik naqillərini haradan götürdüyünü soruşduğunu, həmin vaxt qardaşının əli ilə elektrik naqillərini götürdüyü yeri göstərərək, oradan oğurladığını bildirdiyini, daha sonra Aypara xalanın polis əmkdaşlarına zəng vuraraq hadisə barədə məlumat verdiyini bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, Şərur rayon Oğlanqala kənd sakinləri X2 və X5 məxsus evlərin arasındakı yolda 36 metr uzunluğunda elektrik naqili müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Energetika Xidməti Şərur rayon Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 11 nömrəli məktubunun surətindən görünür ki, Şəxs həməkəndlisi X3 məxsus evdən oğurladığı 36 metr elektrik naqili istifadəyə yararlıdır və qiyməti 72 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X13 barəsində toplanmış 76 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009054 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində X3 məxsus evdən elektrik naqillərinin oğurlanması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qərarda maddi sübutun taleyini də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər; - 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; - 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında işin müşayiət məktubundan görünür ki, Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübut - 36 metr uzunluğunda elektrik naqili məhkəməyə təqdim edilmişdir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübut qanuni sahibinə qaytarılmalıdır. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin yetkinlik yaşına çatmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı və inzibati xəta törətmiş Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübut - 36 metr uzunluğunda elektrik naqilinin Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan zərərçəkmiş şəxs X3 qaytarılması təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; - 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati xətanın bilavasitə obyekti olmuş maddi sübut - 36 metr uzunluğunda elektrik naqilinin Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan zərərçəkmiş şəxs X3 qaytarılması təmin edilsin. Qərarın icrası Naxçıvan MR Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-79/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-79/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver