Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-8/2021 05.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şərur rayon Polis şöbəsindən daxil olmuş, xx xxxxxx 1970-ci ildə Şərur rayon Qorçulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 4 uşaq atası, Şərur rayon Meliorasiya və Su Təsərrüfatı idarəsində maşinist işləyən, Şərur rayon Qorçulu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində inzibati protokol tərtib edilmişdir ondan ötrü ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə üzərinə tərtib edilmiş İXP ******* nömrəli inzibati protokol əsasında qəbul olunmuş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş heç bir əsas olmadan icra etməmişdir. Ona görə də Şərur rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada bildiriş göndərilsə də, o məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXMnin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həqiqətəndə içkili halda nəqliyyat vasitəsini idarə edərkən yol polisi əməkdaşlarının onu saxladıqlarını, içkili olub-olmamasını müəyyən etmək üçün onu Şərur rayon Mərkəzi xəstəxanasına apardıqlarını, orada müayinə olunarkən onun yüngül dərəcə sərxoş olduğunun müəyyən olunduğunu, onun barəsində protokol tərtib etdiklərini, protokolun və qərarın surətini ona verdiklərini, lakin imkanı olmadığı üçün həmin pulu ödəyə bilmədiyini, 3 ay keçəndən sonra onu saxlayıb təkrar qərarın surətini verərək cəriməni ödəməsi barədə xəbərdar etdiklərini bildirərək, cəriməni ödəməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından olan xx.xx.2020-ci il tarixli, 215 nömrəli Alkoqolun qəbulu faktı və sərxoşluq halını təyin edən tibbi müayinə protokolunun təsdiq olunmuş surətindən görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarından olan Naxçıvan MR Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokolun təsdiq olunmuş surətindən görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarından olan Naxçıvan MR Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tələbini pozduğuna görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarından olan Şərur rayon Yol patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il taixli İXP seriyalı 33758699 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə Naxçıvan MR Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından olan “AsanPay” portalından çıxarışdan görünür ki, Şəxs barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi vaxtdan ona təyin edilmiş 400 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 240 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarında toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-ci il taixli İXP seriyalı 33758699 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə Naxçıvan MR Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında təqsirli bilinərək eyni tarixli TP seriyalı ******* nömrəli cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, lakin o həmin qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir; 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-8/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-8/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver