Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-8/2023 10.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Mehri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanında qeydiyyatda duran və ünvan 2 FİN xxxxxxx olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Şərur şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı ünvan 3-a daxil olaraq ümumi dəyəri 18.60 AZN olan əşyaları oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, heç bir yerdə işləmədiyini, valideynlərinin təqaüdü ilə dolandığını, xx.xx.2023cü il tarixdə ad günü olduğu üçün yaşadığı evdə ailə üzvləri ilə birlikdə yemək yediyini və spirtli içki qəbul etdiyini, sonra saat təxminən 20:00 radələrində sərxoş vəziyytdə onlarla eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs yaşadığı ünvana getdiyini, Zərərçəkmiş şəxs evdə olmadıını, evin boş olduğunu gördüyünü, ona görə də, evin məhəlləyə baxan pəncərəsini sındıraraq, evə daxil olduğunu, həmin evdən 01 ədəd çay qutusu, 01 ədəd içərisində qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 əfəd iki gözlü elektrik yuvasını oğurlayaraq evi tərk etdiyini, sonra oğurladığı əşya və ərzaq məhsullarını yaşadığı evə aparıb orada gizlətdiyini, xx.xx.2023-cü ildə polis əməkdaşlarının onu saxlayaraq polis idərəsinə dəvət etdiklərini, həmin gündən də bu günədək Şərur Rayon Polis İdarəsində saxlanıldığını, törətdiyi əməli səmim olaraq etiraf etdiyini, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu, himayəsində xəstə atasının və anasının olmasını bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vermiş olduğu izahatında Sədərək rayonunda yaşayan bacısı Zeynəb Axundovanın evinə getdiyini, xx.xx.2023-cü il tarixində Şərur rayonuna qayıtdığını, məhəlləyə daxil olduqda orada çoxlu sayda insan olduğunu gördüyünü, həmin vaxt orada polis əməkdaşlarının da olduğunu, evin pəncərəsinin şüşəsinin sındığını gördüyünü, evə kiminsə daxil olduğunu fikirləşdiyini, polis əməkdaşlarının yanında evin giriş qapısını açar ilə açdığını, içəriyə girdikdə evin tamamilə dağıdılmış olduğunu gördüyünü, sonra polis əməkdaşlarının evin hər yerinə baxaraq qeydiyyat apardıqlarını, daha sonra evə girənin qonşusu Şəxs olmasının müəyyən olunduğunu, evdən 01 ədəd çay qutusu, 01 ədəd içərisində qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 əfəd iki gözlü elektrik yuvasını oğurladığının məlum olduğunu, Elçindən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında xx.xx.2023-cü il tarixdə məhəllədə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb onun hal şahidi qismində iştirak etməsini xahiş etdiklərini, onların xahişini qəbul edərək, Şərur şəhəri, Nizami küçəsi, bina 7, mənzil 9 ünvanında yaşayan X3 evinə getdiklərini, oradan onun iştirakı ilə 01 ədəd çay qutusu, 01 ədəd içərisində qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 ədəd iki gözlü elektrik yuvasının götürülməsinin şahidi olduğunu, polis əməkdaşlarının oradan götürülən əşyaları qablaşdıraraq Şərur rayon Polis İdarəsinə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X4 da şahid X1 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 3-a daxil olaraq ümumi dəyəri 18.60 AZN olan əşyaları oğurlayaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuş, bununla da onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs yaşadığı Şərur şəhəri, Nizami küçəsi, bina 7, mənzil 9 ünvanına baxış keçirilən zaman oradan Şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən 01 ədəd çay qutusu, 01 ədəd içərisində qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 əfəd iki gözlü elektrik yuvası aşkar edilmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş 0319 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 0040-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş 07.01.202.-cü il tarixli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd çay qutusu, 01 ədəd içərisində qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 əfəd iki gözlü elektrik yuvasının ümumi dəyəri 18.60 AZN dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış 7 amaterial üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru, X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 010290 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Şərur şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı ünvan 3-a daxil olaraq ümumi dəyəri 18.60 AZN olan əşyaları oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(110)-15/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qərarda maddi sübutların taleyini də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər; - 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; - 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında işin müşayiət məktubundan görünür ki, Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar 01 ədəd çay qutusu, 01 ədəd içərisində qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 əfəd iki gözlü elektrik yuvası maddi sübut olaraq məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar olan 01 ədəd çay qutusu, 01 ədəd içərisində qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 əfəd iki gözlü elektrik yuvası qanuni sahibi olan ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs oğluna inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. İnzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar 01 ədəd qara çay (qutuda), 01 ədəd içərisində 1800q qənd olan qutu, 01 ədəd kəlbətin, 01 ədəd aftyorka və 01 əfəd iki gözlü elektrik yuvası qanuni sahibi olan ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs qaytarılsın. Maddi sübutla bağlı hissədə qərarın icrası Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-8/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-8/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver