Məhkəmə qərarları › İş №3(110)-80/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-80/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-80/2020 26.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq anası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 1600 radələrində Şərur rayon ərazisində Şərur şəhər sakini Zərərçəkmiş şəxs fiziki güc tətbiq edərək onu döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, Şərur şəhərində yaşayan əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə pul alış-verişində söz-söhbətləri olduğu üçün onun şikayəti əsasında onları xx xxxxxx 21020-ci il tarixdə Şərur rayon Prokurorluğuna dəvət etdiklərini, ora getdiklərində Kəminənin də orada olduğunu, onun anası ilə prokurorun yanına qalxdıqlarını, bir az orada söhbət etdikdən sonra prokurorluqdan çıxarkən Kəminənin anası ilə sözləşdiyini, onun həmin an Kəminəyə heçnə demədiyini, sonra Kəminəni ona əl-qol hərəkətləri ilə pis-pis hərəkətlər etdiyini, həmin an özünü saxlaya bilməyib Kəminənin üstünə gedib başından yapışıb saçını yolduğunu, onu vursada hansı nahiyəsindən vurduğunu xatırlamadığını, prokurorluğun işçilərinin gəlib onları ayırdığını, əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs vermiş olduğu izahatda, Şərur şəhər sakini X4 ilə aralarında şəxsi mübahisələri olduğunu, onu hər dəfə təhdid etdiyi üçün Şərur rayon Prokurorluğuna şikayət etdiyini, onları xx xxxxxx 21020-ci il tarixdə Şərur rayon Prokurorluğuna dəvət etdiklərini, orada təqribən saat 16-17 radələrində X4 ilə aralarında yenədə mübahisə olduğunu, onları sakitləşdirdiklərini, prokurorluqdan çıxdığı zaman binanın həyətində X1 Nəcəfova onun üstünə gələrək saçından yapışıb onu yerə yıxdığını, ağız və sifət nahiyyəsindən yumruqla vurmağa başladığını, bunu görən tanımadığı prokurorluq işçisinin onları aralaşdırdığını, bundan sonra Şərur rayon polis şöbəsinə şikayət etdiyini, gedib ekspertizadan keçdiyini, həqiqətən də Şəxs ona xəsarət yetirdiyinin müəyyən olunduğunu, onu bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Şərur rayon Prokurorluğunun inzibati binasında olan zaman binanın həyətində səs-küy gəldiyini eşitdiyini, binanın həyətinə çıxdığında Şərur şəhər sakini Şəxs Şərur şəhər sakini Zərərçəkmiş şəxs saçlarını yolaraq döydüyünü gördüyünü, onları aralaşdırdığını bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007924 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs fiziki güc tətbiq edərək döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsinin rəisi Nəriman İbrahimov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şərur şəhər sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 90 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- üst dodağın selikli qişasında qançır, alt dodağında sıyrıq, təpə nahiyyəsində tüklərin yerində olmaması (yolunması) müəyyən olundu. Göstərilən xəsarətlər küt mexanizmdən, bər küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2020ci il tarixdə saat 16-17 radələrində Şərur rayon Prokurorluğun qarşısında fiziki güc tətbiq edərək Zərərçəkmiş şəxs döyməsi özünün etirafedici izahatı, eyni zamanda zərər şəkmiş şəxsin və şahidin izahatları ilə məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin157-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar