Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-81/2020 08.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənbeh olunmasına dair TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 barəsində Bakı Şəhər Dövlət X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, həmin qərarla razılaşmayan X3 xx.xx.2020-ci il tarixdə həmin qərardan Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə şikayət ərizəsinin aidiyyəti üzrə göndərilməsi ilə bağlı qərardad qəbul etmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən göndərilən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2020-ci il tarixdə Şərur Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi xx.xx.2020-ci il tarixdə yazılan protokolla razı olmadığını, protokolun ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta hqqında iş üzrə qərar qəbul edilən şəxs və qərarından şikayət verilən orqan Bakı Şəhər Dövlət X6 şikayətə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmışlar, lakin onların iştirakı təmin olunmamışdır. Məhkəmə İXM-in 131 və 133-cü maddələrinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Bakı Şəhər Dövlət X6 tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə əsasən 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, xətanın xx.xx.2020-ci il tarixdə Yasamal rayon Tblisi prospektində törədildiyi göstərilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsaslıdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, X3 tərəfindən inzibati xətanın xx.xx.2020-ci il tarixdə Yasamal rayon Tblisi prospektində törədilməsi göstərilmişdir. Lakin inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi orqan tərəfindən xətanın törədildiyi gündən üç aydan artıq müddət keçdikdən sonra protokol tərtib olunmuşdur. Baxmayaraq ki, İXM-in 38.1-ci maddəsinə görə yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər, lakin eyni zamanda İXM-in 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Şəxsin tənbeh olunduğu İnzibati Xətallar Məcəlləsinin 333.1-ci maddəsilə törədilən xətanın dispozisiyasından aydın olur ki, həmin xətaya görə protokol aşkar olunduğu vaxtdan dərhal sonra və ya İXM-in 101.2-ci maddəsindəki istisnalar olduqda 2 gün müddətində tərtib edilməli idi. Çünki şəxsin sərxoş olma faktı xətanın törədildiyi gündən uzun müddət keçdikdən sonra yox, həmin gün yəni, xx.xx.2020-ci il tarixdə və ya İXM-in 101-ci maddəsində göstərilən müddətlərdə müəyyən oluna bilərdi. Buna görə də orqan tərəfindən xətanın məhz üç aydan sonra aşkar olunması sübut olunmur və ağılabatan deyil. Bundan əlavə iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, alkoqolun qəbulu faktının müəyyən edilməsi ilə bağlı hər hansı texniki vasitədən istifadə olunduğu protokolda öz əksini tapmır. Xüsusi tekniki vasitələrdən istifadə olunmadığı təqdirdə şəxs tibbi müayinədən keçirilməli idi. Bununla bağlı qərarından şikayət verilən orqan tərəfindən heç bir sübut iş materiallarında öz əksini tapmamışdır. Həmçinin protokol tərtib edilmiş səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlarla bağlı bütün sübutetmə yükü məhz qərarından şikayət verilən orqan – Bakı Şəhər Dövlət X5 üzərinə düşür. Orqan tərəfindən isə əvvəlcədən işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə şikayətin əsaslı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, 53.0.6-cı maddəsinə görə isə həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1, 53, 130.1, 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldım: X1 İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-81/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-81/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver