Məhkəmə qərarları › İş №3(110)-81/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-81/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-81/2022 21.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Şərur rayon Qaraburc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, traktor sürücüsü işləyən, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qaraburc kəndində qeydiyyatda duran və yaşayan FİN xxxxxxx olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Şərur rayon Kərimbəyli kəndi ərazisində həmin kənd sakini X2 məxsus avtomobilindən içərisində 80 manat pul olan pul kisəsini gizli olaraq talamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında özünə məxsus traktoru olduğunu, həmin traktoru işlədərək əldə etdiyi qazancla özünü və ailəsini dolandırdığını, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Kərimbəyli kəndində olan tanışıgilə gedən zaman yol kənarında “Lifan 650” markalı, nömrəsini xatırlamadığı avtomobilin dayandığını gördüyünü, hmin vaxt avtomobilin ətrafında heç kəs olmadığından həmin avtomobilə yaxınlaşdığını, bu zaman avtomiblin ön hissəsində siləcəyin yanınd pul kisəsi olduğunu gördüyünü, həmin vaxt işlətdiyi traktorda nasazlıq olduğu üçün onun ehtiyyat hissəsini dəyişdirilməli olduğunu, bunun üçün pulu olmadığından ala bilmədiyini, həmin pul kisəsini oğurlayıb içindəki pulla lazim olan ehtiyyat hissəni almağı fikirləşdiyini, bu məqsədlə siləcəyin yanında olan pul kisəsini götürərək həmin yerdən uzaqlaşdığını, yaşadığı kəndə çatdıqdan sonra oğurladığı pul kisəsini açıb içərisinə baxdığını və səksən manat pul olduğunu gördüyünü, həmin pulları götürdüyünü, lakin həmin pullar az olduğundan lazım olan ehtiyyat hissəsini ala bilmədiyini, həmin pulları öz ehtiyacları üçün xərclədiyini, xx.xx.2022-ci il tarixdə Şərur rayon Ticarət mərkəzinin qarşısında olan zaman polis əməkdaşlarının ona yaxılaşaraq polis idarəsinə dəvət etdiklərini, Şərur rayon Polis İdrəsində törətdiyi əməli etiraf etdiyini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, ona yünhül cəza verilməsini xahş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 vermiş olduğu izahatında Şərur rayon Kərimbəyli kəndində yaşadığını, xx.xx.2022-ci il tarixdə yaşadığı evin arxa hissəsindən keçən yolda oğluna məxsus “Lifan 650” markalı avtomobilin motor hissəsini təmir etdiyini, həmin vaxt üzərində gəzdirdiyi və içərisində təxminən 80-90 manat olan pul kisəsini avtomobilin ön hissəsində olan siləcəyin yanına qoyduğunu, sonra pul kisəsini həmin yerdə unudub yemək yemək üçün təmiri yarımçıq qoyub evə getdiyini, geri qayıdan zaman pul kisəsinin həmin yerdə olmadığını gördüyünü və oğurlandığını başa düşdüyünü, dərhal bu barədə Şərur rayon Polis idarəsinə müraciət etdiyini, daha sonra pulunu oğurlayan şəxsin Şəxs olmasının müəyyən olunduğunu, Şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığnı bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında Şərur rayon Polis İdarəsində Cinayət- Axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 12 oktyabr 2022-ci il tarixdə Şərur rayon Kərimbəyli kənd sakini X1 Şərur rayon Polis İdarəsinə müraciət edərək, içərisində təxminən 80-90 manat olan pul kisəsinin oğurlandığını bildirdiyini, pul kisəsini oğurlayan şəxs və ya şəxslərin müəyyən olunmasının idarə rəhbərliyi tərəfindən onlara həvalə olunduğundan şöbə əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməyə başlandığını, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şərur rayon Qaraburc kənd sakini Şəxs olmasının müəyyən olunduğunu, Şəxs onun tərəfindən Şərur rayon Ticarət mərkəzinin qarşısında saxlanıldığını və Şərur rayon Polis İdarəsinə dəvət olunduğunu, izahatı alınarkən törətdiyi əməli etiraf etdiyini, barəsində inzibati xəta protokol tərtib edildiyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətəndə, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şərur rayon Kərimbəyli sakini zərərçəkmiş şəxs X1 avtomobilindən içərisində 80 manat pul olan pul kisəsini oğurlamaqla ona maddi ziyan vurduğuna görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan görrünür ki, Şəxs barəsində olan 16 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. İş materiallarına əlavə olunmuş 0754 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 1700-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis şöbəsinin İTB-nin baş polis sahə inspektoru, X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 010253 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şərur rayon Kərimbəyli sakini zərərçəkmiş şəxs X2 məzsus içərisində 80 manat pul olan pul kisəsini oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş X1 ərizəsinin məzmunundan görünür ki, Şəxs ona dəymiş ziyanı tam şəkildə ödəyib və ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 20 oktyabr 2022-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 30.3 - cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; - 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 23 gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar