Məhkəmə qərarları › İş №3(110)-82/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-82/2020

04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-82/2020 04.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X3, Seyidov Miryasin Mirfəttah oğlunun, Şəxs və X19 oğlunun iştirakları ilə, xx.xx.1975-ci ildə Şərur rayon Qarahəsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir uşaq atası, ali təhsilli, təqaüdçü, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Qarahəsənli kəndində qeydiyyatda duran və yaşayan X3, xx.xx.1993-cü ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Şərur rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və praqnozlaşdırılması şöbəsində işləyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan Seyidov Miryasin Mirfəttah oğlunun, xx.xx.1974-cü ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və Şərur şəhərində yaşayan X8, xx.xx.2001-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: X1, X8, Şəxs, Seyidov Miryasin Mirfəttah oğlunun barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, onlar, xx.xx.2020-ci il tarixdə saat 1800 radələrində “Siyaqut” şadlıq sarayında toy məclisində bir yerə yığışaraq, karantin qaydalarını pozmuşlar. Bununla da onlar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs X9 izahatında, xx.xx.2020-ci il tarixdə “Siyaqut” şadliq sarayında keçirilən toy ziyafətində iştirak edən zaman toy məclisində X14, Şəxs və X2 ilə bir yerə yığışaraq söhbət etməyə başladıqlarını, həmin vaxt biraz söhbət etdikdən sonra istifadə etdikləri maskaları çıxardıqlarını, maskaları çıxardıqdan sonra bir nəfər polis əməkdaşının onları müşahidə etdiyini gördüklərini, polis əməkdaşının onları karantin qaydalarını pozduqlarına görə Şərur rayon Polis şöbəsinə dəvət etdiyini və xx.xx.2020-ci il tarixdə polis əməkdaşının dediyi vaxtda Şərur rayon Polis şöbəsinə getdiyini və barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs X19 oğlu izahatında, xx.xx.2020-ci il tarixdə “Siyaqut” şadliq sarayında keçirilən toy ziyafətində iştirak edən zaman toy məclisində X9, Şəxs və X2 ilə biryerə yığışaraq söhbət etməyə başladıqlarını, həmin vaxt biraz söhbət etdikdən sonra istifadə etdikləri maskaları çıxardıqlarını, maskaları çıxardıqdan sonra bir nəfər polis əməkdaşının onları müşahidə etdiyini gördüklərini, polis əməkdaşının onları karantin qaydalarını pozduğuna polis şöbəsinə dəvət etdiyini və xx.xx.2020-ci il tarixdə polis əməkdaşının dediyi vaxtda Şərur rayon Polis şöbəsinə getdiyini və barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Seyidov Miryasin Mirfəttah oğlu izahatında, xx.xx.2020-ci il tarixdə “Siyaqut” şadlıq sarayında keçirilən toy ziyafətində iştirak edən zaman toy məclisində vtəndaş X14, X15 və X9 ilə bir yerə yığışaraq söhbət etməyə başladıqlarını, həmin vaxt biraz söhbət etdikdən sonra istifadə etdikləri maskaları çıxardıqlarını, maskaları çıxardıqdan sonra bir nəfər polis əməkdaşının onları müşahidə etdiyini gördüklərini, polis əməkdaşının onları karantin qaydalarını pozduğuna polis şöbəsinə dəvət etdiyini və xx.xx.2020-ci il tarixdə polis əməkdaşının dediyi vaxtda Şərur rayon Polis şöbəsinə getdiyini və barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Şəxs izahatında, xx.xx.2020-ci il tarixdə “Siyaqut” şadliq sarayında keçirilən toy ziyafətində iştirak edən zaman toy məclisində X9, X14 və X2 ilə bir yerə yığışaraq söhbət etməyə başladıqlarını, həmin vaxt biraz söhbət etdikdən sonra istifadə etdikləri maskaları çıxardıqlarını, maskaları çıxardıqdan sonra bir nəfər polis əməkdaşının onları müşahidə etdiyini gördüklərini, polis əməkdaşının onları karantin qaydalarını pozduğuna polis şöbəsinə dəvət etdiyini və xx.xx.2020-ci il tarixdə polis əməkdaşının dediyi vaxtda Şərur rayon Polis şöbəsinə getdiyini və barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında, xx.xx.2020-ci il tarixdə Şərur rayon Siyaqut kəndində yerləşən “Siyaqut” şadlıq sarayında toy olduğunu eşitdiyini, təxminən saat 18:00 radələrində həmin şadlıq sarayına tərəf getdiyini, orada toy olduğunu gördüyünü və kimin toyu olduğun maraqlandığını, ona Şərur rayon Zxeyvə kənd sakini X8 qızı X5 toyu olduğunu bildirdiklərini, toy məclisinin keçirilməsini müşahidə etdiyini, həmin vaxt toyda iştirak edən X3, X19 oğlunun, Şəxs və Seyidov Miryasin Mirfəttah oğlunun sosial məsafəni saxlamayaraq bir yerə yığışaraq karantin qaydalarını pozduqlarının şahidi olduğunu və onlara xx.xx.2020-ci il tarixdə Şərur rayon Polis şöbəsinə gəlmələrini dediyini bildirdi. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3, X19 oğlunun, Şəxs və Seyidov Miryasin Mirfəttah oğlunun əməlləri düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, X9, X19 oğlu, Şəxs və Seyidov Miryasin Mirfəttah oğlu xx xxxxxx 2020-ci il tarixdə 1800 radələrində “Siyqaut” şadlıq sarayında toy məclisində bir yerə yığışaraq karantin qaydalarını pozmuşlar və bununla da onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Ona görə də X3, X19 oğlunun, Şəxs və Seyidov Miryasin Mirfəttah oğlu həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdırlar. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007928 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə təxminən saat 1800 radələrində “Siyaqut” şadlıq sarayında bir yerə toplaşaraq karantin qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007927 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 1800 radələrində “Siyaqut” şadlıq sarayında toy məclisində iştirak etmək üçün bir yerə toplaşaraq karantin qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007926 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Seyidov Miryasin Mirfəttah oğlu xx.xx.2020-ci il tarixdə təxminən saat 1800 radələrində “Siyaqut” şadlıq sarayında bir yerə toplaşaraq karantin qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007925 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə təxminən saat 1800 radələrində “Siyaqut” şadlıq sarayında bir yerə toplaşaraq karantin qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanununun: 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. 38-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsində təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3, Seyidov Miryasin Mirfəttah oğlunun, Şəxs və X19 oğlunun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onların etirafedici izahatları, şahidin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Eyni zamanda inzibati xəta törətmiş şəxslər X3, Seyidov Miryasin Mirfəttah oğlunun, Şəxs və X8 əməllərində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxslərin şəxsiyyətini, onların təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törətmiş şəxslər X9 və Şəxs Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə təqsirli bilinib hər biri 7 (yeddi) gün müddətində inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və digər inzibati xəta törətmiş şəxslər X19 oğlu və Seyidov Miryasin Mirfəttah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib hər biri 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə olunmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxslər X9 və Şəxs Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə təqsirli bilinib hər biri 7 (yeddi) gün müddətində inzibati qaydada həbs edilsinlər. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. İnzibati xəta törətmiş şəxslər X19 oğlu və Seyidov Miryasin Mirfəttah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib hər biri 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsinlər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar