Məhkəmə qərarları › İş №3(110)-82/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-82/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-82/2022 25.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1499/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə aidiyyatı ilə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə 12 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 13 sentyabr 2022-ci il tarixli 21159-1222 nömrəli məktubla baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1499/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul edilmişdir Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə münafiq olaraq 12 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 13 sentyabr 2022-ci il tarixli 21159-1222 nömrəli məktubla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 1499/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərardadla aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında Qərar Azərbaycan Respublikasının İXM-nin 125.2-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxsə və zərərçəkmiş şəxsə rəsmi qaydada verilməli, bundan sonra Azərbaycan Respublikasının İXM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş 20 günlük şikayət vermə müddəti keçməlidir ki, Azərbaycan Respublikasının İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəyə minsin. Yalnız qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Lakin Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar barədə xəbərdar olması, qərarın ona Azərbaycan Respublikasının İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada verilməsi, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı inzibati materiala əlavə edilmədiyindən, həmin qərarın Şəxs münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 138.1 və 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə də, məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq, qərara aldı: Vətəndaş Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar