Məhkəmə qərarları › İş №3(110)-84/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-84/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-84/2021 25.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Şərur rayonu, Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, müvəqqəti işsiz, Şərur rayonu, Dərəkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 22.11.2021-ci il tarixdə saat 1500 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 4-5 il əvvəl aralarında münaqişə olduğunu, lakin sonradan barışdıqlarını, sonradan Əzizin kənddə onu barəsində nalayiq sözlər danışdığını eşitdiyini, 22.11.2021-ci il tarixdə qonşusu Həmid Əmoyevin qızının toy məclisi olduğunu, həmin toyda iştirak etdiyini, həmin vaxt toyda həmkəndlisi Zərərçəkmiş şəxs iştirak etdiyini, təxminən saat 15:00 radələrində Zərərçəkmiş şəxs toy mərasimində kənara çıxarıb, ona “buradan gedək, səninlə işim var” dediyini, birlikdə çöllük əraziyə tərəf getdiklərini, bu zaman aralarında münaqişə baş verdiyini, ona qarşı fiziki güc tətbiq edərək göz nahiyyəsində yumruqla vurduğunu, onu vurduqdan sonra həmin yerdən ayrılıb toy məclisinə qayıtdığını, həmin vaxt hirsli olduğunu, əsəbini cilovlaya bilmədiyini, sonradan Əzizdən üzr istədiyini, lakin onun barışmadığını qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 4-5 il əvvəl aralarında münaqişə olduğunu, lakin sonradan barışdıqlarını, onun dediyi kimin onun barəsində henə danışmadığını, 22.11.2021-ci il tarixdə həmkəndlisi Xaliq Əmoyevin qızının toy məclisində iştirak etdiyini, təxminən saat 15:00 radələrində həmkəndlisi Şəxs ona yaxınlaşıb ona yaxınlaşıb “sənə sözüm var, kənara gedək” sözünü dediyini, birlikdə çöllük əraziyə getdiklərini, orada söhbət edən zaman Şəxs onun qaş nahiyyəsindən yumruqla vurduğunu, həmin vaxt aldığı zərbənin təsirindən yerə yıxıldığını, ayılan zaman sifətinin qan içində olduğunu gördüyünü, bundan sonra ayaga durub evinə getdiyini, daha sonra Şəxs barəsində müvafiq tədbir görülməsi üçün Şərur rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini, Şəxs bağışlamadığını, buna görə də Şəxs həbs olunaraq cəza çəkməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İTB-nin baş polis sahə inspektoru X1 tərəfindən 23 noyabr 2021-ci il tarixdə Şərur rayon Dərəkənd kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2021-ci il tarixli, 4/3042 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- sol qaşında yara, sol gözün alt və üst nahiyyələrində qançır, sağ sifət nahiyyəsində sıyrıqlar küt mexanizmindən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta və tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsi İTB-nin baş polis sahə inspektoru X1 tərəfindən tərtib edilmiş 25.11.2021-ci il tarixli, 010114 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, zərərçəkmişin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 22 noyabr 2021-ci il tarixdə saat 1500 radələrində Şərur rayon Dərəkənd kəndi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edimədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs olunmalı, inzibati həbsin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar