Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-85/2022 03.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şərur rayonu, Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işsiz, Şərur rayonu, Alışar kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 1600 radələrində Şərur rayon Alışar kəndi ərazisində Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında özünə məxsus təsərrüfatla məşğul olub özünü dolandırdığını, təxminən 3 ay əvvəl həmkəndlisi Əbülfəz adlı şəxsdən otlaq sahəsi aldığını, 31 oktyabr 2022-ci il tarixində saat 16:30 radələrində həmin otlaq sahəsinə baxmağa getdiyini, oraya çatan zaman həmkəndlisi Zərərçəkmiş şəxs təxminən 350 baş qoyununu adını bilmədiyi çobanın otardığını gördüyünü, otlaq sahəsinin heyvanlar tərəfindən dağıdıldığını, həmin çobandan orada iyə otardığını soruşduqda o, Əfqanın ona belə dediyini bildirdiyini, həmin vaxt Əfqanın onlardan təxminən 100 metr kənarda quzularını otardığını, onun yanında gedib heyvanları nə üçün onun sahəsində otardığını soruşduğunu, o da cavabında əmin yeri gah Adəmdən, gah da Əbülfəzdən aldığını bildirdiyini, aralarında mübahisə yarandığını, Əfqanın ona nalayiq ifadələr işlətdiyini, daha sonra əlindəki çubuqla Əfqanın onun dodağından vurduğunu, əlindəki çubuğu alan zaman çubuğun Əfqanın sağ gözünün altını sıyırdığını, daha sonra polis əmkdaşlarının onların yanına gəldiyini, onları sakitləşdirdiklərini, Əfqanın sonradan Şərur Rayon Polis İdarəsinə şikayət etdiyini, onu polis idarəsinə dəvət etdiklərini, oraya gedərək izahat verdiyini, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında təsərrüfatla məşğul olub özünü dolandırdığını, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində həmkəndlisi Şəxs çöldə qoyunları otararkən onun yanına gəldiyini, çobanım Vilayətin onun sahəsini otardığını bildirdiyini, cavabında çoban otarıb, get sözünü çobana de, mənim üstümə nəyə gəlirsən dediyini, bu sözdən sonra Məhəmmədəlinin onu üzərinə hücum çəkdiyini və tutaqlaşdıqlarını, sonra Məhəmmədlinin onu vurmağa başladığını, daha sonra Məhəmmədəlinin həmin yerdən uzaqlaşdığını, polis əməkdaşlarına məlumat verdikdən onların həmin yerə gəldiklərini, onları sakitləşdirərək getdiklərini, ağrıları olduğu üçün sonradan Şərur Rayon Polis İdarəsinə şikayət etdiyini onu Şərur Rayon Polis idarəsinə dəvət etdiklərini, ekspertizadan keçdiyini, Məhəmmədəlini bağışlamadığını, buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X3 izahatında Şərur rayon Alışar kəndində polis sahə inspektoru işlədiyini, xx.xx.2022-ci il tarixində Alışar kənd sakini Zərərçəkmiş şəxs zəng edərək Şəxs onu döydüyünü bildirdiyini, hadisə yerinə getdiyini, oraya çatan zaman Zərərçəkmiş şəxs və Şəxs orada olduqlarını, Zərərçəkmiş şəxs burun nahiyyəsində sıyrıq olduğunu və qurumuş qan ləkələri olduğunu gördüyünü, həmin vaxt heç kimin şikayətçi olmadığını, sonradan Zərərçəkmiş şəxs ərizə ilə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini, onları Şərur Rayon Polis idarəsinə dəvət etdiklərini, izahatlarını aldıqlarını, Zərərçəkmiş şəxs ekspertizadan keçdiyini, ekspertin rəyinə müvafiq olaraq Şəxs barəsində inzibatə xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə inspektoru X3 tərəfindən 02 noyabr 2022-ci il tarixdə Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 03 noyabr 2022-ci il tarixli, 127 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun kökündə olan sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 0755 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə saat 1500-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1035 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarına əlavə olunmuş 02 noyabr 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 010265 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmişin və şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 1600 radələrində Şərur rayon Alışar kəndi ərazisində Şərur rayon Alışar kənd sakini Zərərçəkmiş şəxs döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törədən şəx Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edimədi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 02 noyabr 2022-ci il tarixdən saat 1500-dan hesablanmalıdır. . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 noyabr 2022-ci il tarixdən saat 1500-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-85/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-85/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver