Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-85/2025 02.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs və qanuni nümayəndə Zərərçəkmiş şəxs1 və yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs X1 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1969-cu il tarixdə Şərur rayon, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta-ixtisas təhsilli, satıcı işləyən, Şərur rayon, Cəlilkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 və X2 fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün və zərəçəkmiş şəxslərin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında Şərur rayon, Cəlilkənd kəndində yerləşən mağazada satıcı işlədiyini, xx.xx.2025-ci il tarixdə bibisi qızı Arizə vəfat etdiyindən 3 gün kənddə olmadığını, xx.xx.2025-ci il tarixdə yas yeri bitdiyindən kəndə qayıdıb ticarət mərkəzində işinə davam etdiyini, saat 18:00-da işdən çıxıb evə gedən zaman qonşusunun oğlu Adillə qarşılaşdığını, onunla söhbət edərək evə doğru getdiklərini, yolda həmkəndlisi Səmayə adlı şəxsin Adilə, “sən bizim yanımızdan uzaqlaş, mən Nailə ilə söhbət edəcəm” dediyini, onun uzaqlaşdığını, Səmayənin ondan nə üçün onun barəsində başqa yerlərdə danışdığını soruşduğunu, Səmayəyə cavabında onun barəsində danışmadığını bildirib bunu kimdən eşitdiyini soruşduğunu, bu zaman Səmayənin qızının onun üzərinə gələrək saçından tutub onu yolmağa başladığını, onu yerə yıxıb üzərinə çıxdıqlarını, Səmayə ondan iri və canlı olduğu üçün ona gücü çatmadığını, lakin qızının saçını yolmağa başladığını, yerdə olarkən bədən və ayaq nahiyəsinə zərbələr endirdiyini, cibindəki mobil telefonu Səmayənin götürüb yerə çırpıb yararsız hala saldığını, qonşusu Nərimanın avtomobillə ordan keçərkən onun döyüldüyünü gördüyünü, maşını saxlayıb onu evə apardığını, oğlu Emilin evə gəlib onun döyülməyi barədə məlumat aldıqdan sonra polisə məlumat verdiyini, belə bir hadisə olmasını istəmədiyini, baş verənlər üçün peşman olmaduğunu bildirib deyilənləri nəzərə almağı və yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslərin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs (qanuni nümayəndə) Zərərçəkmiş şəxs1 izahatında 2 ildir Cəlilkənd kənd Mədəniyyət Evində xadimə işlədiyini, çalışdığı yerin yanındakı mağazada Nailənin satıcı işlədiyini, onunla arasında tez-tez mübahisə olduğunu, Nailənin onunla əri Hüseyn arasında münasibət olduğunu dediyini, lakin bunun doğru olmadığını, xx.xx.2025-ci il tarixdə kənd mərkəzindən keçib iş yerinə gedərkən Nailənin onu görüb barəsində nalayiq ifadələr işlətməyə başladığını, kənarda adamlar olduğu üçün heç nə demədiyini, işdən çıxıb evə gəldiyini, həmin gün Nailənin onların evinin yanından keçib evlərinə gedən zaman onu səslədiyini, nə üçün ona söz atdığını soruşduğunu, Nailənin yenə nalayiq ifadələr işlətməyə başladığını, Nailəyə tərbiyəli olmasını dediyini, bu zaman öz qızı Duyğunun oraya gəldiyini, Nailənin onun saçından tutub yolduğunu, ona qarşı nalayiq ifadələr işlətdiyini, bundan sonra özünün araya girdiyini, Nailənin saçından tutduğunu, Duyğunun oradan uzaqlaşıb evə daxil olduğunu, bir-birlərinə zərbələr endirdiklərini, sonra Nailənin yerdən şifer götürüb onun çiynindən zərbə endirdiyini, bundan sonra mübahisəni dayandırdıqlarını bildirib onun barəsində tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdə olduğunu, evin həyətindən səslərin gəldiyini eşitdiyini, həyətə çıxan zaman anası ilə Nailənin mübahisə etdiyini gördüyünü, Nailənin onun anasına nalayiq ifadələr işlətdiyini, onların yanına gedən zaman Nailənin ona qarşı da nalayiq ifadələr işlədib onun saçını yolduğunu, bundan sonra evə qaçdığını, anası ilə həmin qadının bir-birini vurduğunu, bundan sonra mübahisənin yekunlaşdığını və Nailənin ordan çıxıb getdiyini bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2025-ci il tarixli 72 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində, eləcə də sağ çiynində xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilmədi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 73 saylı ekspert rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol saidində sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi müəyyən edilmir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanın yetkinlik yaşına çatmayana qarşı törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-85/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-85/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver