Məhkəmə qərarları › İş №3(110)-86/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-86/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-86/2022 05.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, dediyinə görə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda duran və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 02:00 radələrində Mahmudkənd ərazisində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından 70 (yetmiş) manat pul talamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 02:00 radələrində sərxoş halda evdən çıxıb kənd mərkəzinə tərəf getdiyini, həmin vaxt pula ehtiyacı olduğundan həmkəndlisi Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasından oğurluq etmək qərarına gəldiyini, ona görə də, həmin mağazanın arxa hissəsinə keçdiyini, mağazanın arxa hissəsindəki pəncərədən mağazya daxil olduğunu, kassaya yaxınlaşıb kassanı açdığını, oradan bir ədəd 50 manatlıq və bir ədəd 20 manatlıq əskinas götürüb pəncərədən çölə çıxdığını, sonra Naxçıvan şəhərinə gedib orada özünə yemək, içki, o cümlədən spirtli içki, siqaret alaraq həmin pulları xərclədiyini, həmin gün Naxçıvan şəhərində günorta saatlarında Şərur rayon Polis İdarəsinin polis əməkdaşlarının ona yaxınlaşaraq, onu polis idarəsinə dəvət etdiklərini, birlikdə Şərur rayon Polis İdarəsinə gəldiklərini, orada törətdiyi əməli səmimi etiraf etdiyini, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu, həmkəndlisi Zərərçəkmiş şəxs vurduğu ziyanı tezliklə ödəyəcəyini qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə şahid qismində izahat verən X4 izahatında Şərur rayon Mahmudkənd kəndində sahə inspektoru vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixində səhər saatlarında Mahmudkənd kənd sakini Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasında oğurluq olmasını ona bildirdiyini, hadisə yerinə baxış keçirildiyini, oğurluq edən şəxsin Şəxs olmasından şübhələndiklərini, mağazanın kamera görüntülərinə baxan zaman Mahmudkənd sakini Şəxs mağazaya daxil olmasının müəyyən etdiyini, Yaşarın evinə getdikləri zaman ailə üzvlərinin onun evdə olmadığını, Naxçıvan şəhərinə getdiyi bildirdiklərini, Naxçıvan şəhərinə getdiklərini, Yaşarı orada tapdıqlarını və Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, birlikdə Şərur rayon Polis İdarəsinə gəldiklərini, polis idarəsində izahat verərkən Yaşar Hacıyevin törətdiyi əməli səmimi etiraf etdiyi üçün əlavə sübutların toplanmasına ehtiyyac olmadığını, onun barəsində inzibati xəta protokol tərtib edildiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs zəng edərək məlumat verilmiş, zərərçəkmiş şəxs ayağının sındığını, buna görə də, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olamdan keçirilməsinə etiraz etmədiyini, Şəxs ona dəymiş ziyanı ödəmədiyini, onun cəzalanmasını istədiyini qeyd edərək,ona dəymiş ziyanın ödənilməsini və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, şahidin izahatını, toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətəndə, xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şərur rayon Mahmudkənd sakini Zərərçəkmiş şəxs işlətdiyi mağazadan 70 manat pul talamaqla ona maddi ziyan vurduğuna görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, Şərur rayon Mahmudkənd kəndində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında oğurluq hadisəsi ilə əlaqədar yerində baxış keçirilmiş, hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı iz və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş 0756 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 1530-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdrəsinin İTŞ-nin baş polis sahə inspektoru, X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 010266 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 02:00 radələrində Mahmudkənd ərazisində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından 70 (yetmiş) manat pulu talamaqla ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Ona görə də Şəxs ərzaq mağazsından oğurladığı 70 manat məbləğində pul alınıb Şərur rayon Mahmudkənd kəndində yaşayan Zərərçəkmiş şəxs ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 04 noyabr 2022-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3 - cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən saat 15:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. İnzibati xəta törətmiş şəxs Şəxs ərzaq mağazasından oğurladığı 70 manat məbləğində pul alınıb Şərur rayon Mahmudkənd kəndində yaşayan Zərərçəkmiş şəxs qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar