Məhkəmə qərarları › İş №3(110)-86/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-86/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-86/2024 27.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.1962-ci ildə Şərur rayon Muğancıq Müslüm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 5 uşaq atası, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Muğancıq Müslüm kəndində qeydiyyatda duran və yaşayan (FİN: 01MVPLU) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur rayon Qarxun kəndində Naxçıvan şəhər sakini X4 əmlakına zərər vurmuş və onu döyərək fiziki ağrılar yetirmiş, eyni zamanda Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur rayon Qarxun kəndində Naxçıvan şəhər sakini X4 əmlakını qəsdən korlamışdır, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında fərdi təsərrüfatla məşğul olduğunu, özünə məxsus heyvan sürüsü olduğunu, 12 fevral 2024-cü il tarixdə Şərur rayon Qarxun kənd ərazisində heyvanları yoldan keçirdiyini, həmin vaxt yolda olan beton qarışdıran yük avtomobilinin heyvanlar keçdikdən sonra yoluna davam etdiyini və onun itinin onun avtomobilinin təkərinin altında qaldığını, onun çağıraraq ondan avtomobili arxaya sürməsini istədiyini, onun isə onun üzünə baxaraq gülməyə başladığını, həmin vaxt əsəblərini sakitləşdirə bilməyib əlindəki ağacla avtomobilin şüşəsini sındırdığını və sürücünün kürək nahiyyəsindən vurduğunu, əməlindən peşman olduğunu, X5 dəymiş ziyanı ödədiyini, onunla barışdığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işlədiyini, onların filiallarından biri də Şərur rayon Qarxun kəndində yerləşdiyini, onun 12 fevral 2024-cü il tarixdə iş yerlərinin Şərur filialına gəldiyini, həmin gün günorta saatlarında ona təhkim olunmuş “Mercedes” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şərur rayon Qarxun kəndində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsinin yanından keçdiyini, həmin vaxt yolun sağından soluna qoyun sürüsünün keçdiyini gördüyünü, avtomobili yavaşladıb heyvanlara yol verdiyini, heyvanlar keçdikdən sonra yoluna davam etmək istəyən zaman anidən avtomobilin önünə it qaçdığını, avtomobili yenidən yavaşladıb saxlayan zaman sürünün yanında olan bir nəfər yaşlı şəxsin əlindəki ağacla vurub avtomobilin şüşəsini sındırdığını, daha sonra həmin şəxsin qapını açaraq ağac parçası ilə onun kürək nahiyyəsindən vurduğunu, onun dərhal avtomobilin sərnişin oturacağına keçərək oradan qapını açıb hadisə yerindən qaçdığını, Şəxs ona dəymiş ziyanı ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan: - Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 15 fevral 2024-cü il tarixli, 255 nömrəli məktubundan görünür ki, Şərur rayon Muğacıq Müslüm kənd sakini 1962-ci il təvəllüdlü Şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır; - xx.xx.2024-cü il tarixli, 216 nömrəli ekspert rəyindən görünür ki, X4 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: sol kürək nahiyyəsində qançır küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlığına görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. - Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görsənir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında Şəxs məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respubliksı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 232 №-li ekspert rəyində qeyd olunmuşdur ki, faktiki olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən 2012-ci il buraxılışlı, NMB**********7450 şassi nömrəli, avtomobilə məxsus sol tərəf qapının üzərində olan pəncərinin güzgüsünün orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 50 (əlli) manat müəyyən edilir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; -Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Qarxun kəndində Naxçıvan şəhər sakini X4 əmlakını qəsdən korlamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. -Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Qarxun kəndində Naxçıvan şəhər sakini X4 əmlakına zərər vurmuş və onu döyərək fiziki ağrılar yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; - 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; - 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar