Məhkəmə qərarları › İş №3(110)-87/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-87/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-87/2021 03.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1966-cı ildə Şərur rayonu, Dərvişlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, üç uşaqlı, orta-ixtisas təhsilli, işsiz, Şərur rayonu, Dərvişlər kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-548/2017 saylı 21.08.2017-ci il tarixli icra sənədinə əsasən Şərur Rayon Məhkəməsinin 10.03.2015-ci il tarixli, 2(110)-159/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək 01.05.2006-cı il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində müəyyən edilməklə cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməsi göstərilməsinə baxmayaraq, Şəxs icra sənədlərinin icrasından boyun qaçırmış, ödəniş etməmiş, edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs oğlunun əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, şahid və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədləri üzrə məbləğləri ödəməli olduğu halda ödəmədiyini, heç bir yerdə işləmədiyini və maddi imkanının olmadığını, bu səbəbdən də barəsində olan icra sənədi üzrə tələbkar qarşısında borcu yarandığını, indiyə qədər 1550 manat aliment ödədiyini, 3550 manat borcu qaldığını, izahatında göstərilənləri nəzərə alıb məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-548/2017 saylı 21.08.2017-ci il tarixli icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, lakin həmin şəxsin aliment borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmanın nəticələrinin ona izah olunduğunu, bir il öncə Şərur Rayon Məhkəməsinin qərarı ilə 15 gün inzibati qaydada həbs olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, 03.12.2021-ci il tarixə hesablanan aliment borcunun 3550 manat olduğunu, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-548/2017 saylı 21.08.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur rayon Məhkəməsinin 10.03.2015-ci il tarixli, 2(110)-159/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək 01.05.2006-cı il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində müəyyən edilməklə cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməsi göstərilmişdir. İş materiallarında olan 25.08.2017-ci il tarixli icrarata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 3(110)-17/2020 saylı 07.05.2021ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdi. İş materiallarında olan 03.12.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətdiyi tarixdən 1 il keçdiyinə görə son əməli təkrarlıq yaratmadığından məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmır. İş üzrə Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03.12.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar