Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-87/2024 06.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyini, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1976-cı ildə Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, Muğancıq Mehrab kəndi Mədəniyyət Klubunun müdiri vəzifəsində işləyən, Şərur şəhəri, H.Əliyev prospekti 37/42 ünvanında yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tənbeh olunmasına dair ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, qərarla razılaşmayan X4 həmin qərardan Naxçıvan Şəhər Məhkəməsinə şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən iş aidiyyəti üzər Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi 2024-cü ilin mart ayınadək Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Sədərək Rayon Mədəniyyət Şöbəsinə daxil olmuş bildirişdə Naxçıvan MR ƏƏSMN-nə məxsus mərkəzləşdiirlmiş elektron informasiya sisteminin “Təhlil” altsistemi vasitəsilə aparılmış monitorinq zaman Sədərək Rayon Mədəniyyət Şöbəsində 6 işçinin qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortlanmasının təmin edilməməsi ilə bağlı məlumatların əldə edilməsi səbəbindən xx.xx.2024-cü il tarixdə həmin orqana dəvət edilyini bildirdiyini, həmin qurumun əməkdaşı ilə əlaqə saxlanılmış və Sədərək Rayon Mədəniyyət Şöbəsində çalışan işçilərin müvafiq qaydada sığortalanması diqqətə çatdırılmaqla bununla bağlı zəruri sənədlərin onlara təqdim ediləcəyi, eyni zamanda məsafənin uzaqlığı və digər səbəblərdən inzibati xətanın törədilməsi ilə bağlı məsələyə baxılmasında iştirak edə bilməyəcəyini bildirdiyini, bundan sonra müvafiq sığorta şirkəti ilə əlaqə saxanlaraq onlarla bağlanmış müqavilələr üzrə arayışın təqdim edilməsi xahiş olunduğunu, lakin tələb edilən arayış sığorta şirkəti tərəfindən təqdim edilməsinin gecikdirilməsi səbəbindən orqan tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib edilməklə xx.xx.2024-cü il tarixdə İXM-in 469.2-ci maddəsinə uyğun olaraq 1500 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildiyini, orqanın qərarından tərəfindən verilmiş şikayətə isə səthi yanaşıldığını, Naxçıvan MR ƏƏSMN-də şikayətə baxılma zamanı iştirakı təmin edilmədən, təqdim etdiyi sübutlar araşdırılmadan ədalətsiz qərar qəbul edildiyini, həmin qərarla razı olmadığını, 3-17-9/3-3-1/2024 saylı xx.xx.2024-cü l tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu bildirdiyini, "xxxx" ASC tərəfindən verilmiş arayış və ona əlavə edlmiş qoşmadan da aydın olur ki, Sədərək Rayon Mədəniyyət Şöbəsinin əməkdaşları müvafiq sığorta ilə sığortalanmış və şöbənin xx.xx.2024-cü il tarixədək borcu olmadığını, mövsümi işçilərin sığorta ödənişi ilə müvafiq qaiməni sığorta şirkəti tərəfindən göndərilməsinin gecikdirilməsi səbəbindən tam olaraq xx.xx.2024-cü il tarixdə ödənilmiş, yəni inzibati təneh vermə haqqında qərarın qəbul edildiy gün inzibati xəta halının aradan qalxdığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Barəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayət ərizəsində sadaladığı halları bir daha təsdiq etdiyin, 9 ildir ki, Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəsifəsində işləyini, hal-hazırda işdən azad olunduğunu, Muğancıq Mehrab mədəniyyət klubunun müdiri vəzifəsində işlədiyini, 450 manat əmək haqqı aldığını, ilk dəfə belə hal ilə rastlaşdığını, bütün işçilərin sığortalandığını, sadəcə mövsimi işçiləri sığortalanmadığını, bunun səbəbinin isə hesabda pul olmadığı olduğunu, onlara heç bir xəbərdarlıq olunmadan bildiriş göndərildiyini, bundan sonra sığorta şirkəti ilə əlaqə saxladıqlarını, lakin onlara gec cavab verildiyini, bu müddət ərzində 1500 manat məbləğində cərimə edildiyini, xx.xx.2024-cü il tarixdə isə öz hesabına pulu ödədiyini, növbəti aydan isə həmin işçilərin sığortalanmasının təmin olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 izahatında və ona verilən suallara cavabında ümumiyyətlə inzibati xətalar qanunvericiliyində İXM-in 469.2-ci maddəsində nəzərədə tutulmuş xətanın törədiliyi zaman şəxsin barəsində protokol və qərarın elektron formada onun iştirakı olmadan tərtib olunmasının nəzərdə tutulduğunu, bildirişin göndərilməsinin nəzərdə tutulmadığını, lakin bu sistemin hələ tam tətbiq olunmadığını, bir sıra hallarda sığorta müqaviləsi bağlansa belə belə elektron sistemdə görünmədiyindən hər bir halda ənənəvi qaydada şəxsə bildiriş göndərməklə həqiqətən pozuntunun olub-olmamasının yoxladıqdan sonra inzibati tənbeh tətbiq olunduğunu, buna görə də X2 6 işçisi barəsində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq həmin işçilərlə icbari sığorta müqaviləsinin bağlamadığının aşkar olunduğunu, işəgötürən işçi ilə əmək müqaviləsinin bağlandığı zaman icbari sığorta müqaviləsinin bağlanmasının zəruri olduğununu, lakin vəzifəli şəxs üzərinə düşən öhdəliyini yerinə yetirmədiyi üçün şəxsə xx.xx.2024-cü il tarixdə bildiriş göndərildiyini, xx.xx.2024-cü il tarixdə şəxsin izahatının alındığını, xətanın törədildiyi öz təsdiqini tapdıqdan sonra onun barəsində xx.xx.2024-cü il tarixdə protokol və xx.xx.2024-cü il tarixdə isə inzibati tənbeh verilmə haqqında qərarın qəbul edildiyini, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində bu hallar çoxluq təşkil etdiyindən maarifləndirmə tədbirlərinin də keçirildiyini, lakin buna baxmayaraq işçinin əmək hüququnu pozub onunla icbari sığorta müqaviləsini bağlamayan şəxslərin inzibati məsuliyyətə cəlb olunduğunu, qərarın qanuni olduğunu bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X4 Azərbaycan Respublikası ƏƏSMN-nə məxsus mərkəzləşdirlmiş elektron informasiya sisteminin “Təhlil” altsistemi vasitəsilə aparılmış monitorinq zaman Sədərək Rayon Mədəniyyət Şöbəsində 6 işçinin qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortlanmasının təmin edilməməsi ilə bağlı məlumatların əldə edilməsi səbəbindən xx.xx.2024-cü il tarixdə həmin orqana dəvət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən X1 Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Sədərək Rayon Mədəniyyət Şöbəsi ilə "xxxx" ASC arasında İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli PH********** saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlandığını, xx.xx.2024-cü il tarixədək İSB portalında qeyd olunan müqavilə üzrə borcun mövcud olmadığı müəyyən ounmuşdur. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17-9/3-3-1/2024 saylı, qərarından görünür ki, X4 tərəfindən Xidmətin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsinə dair verilmiş şikayəti təmin edilməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdıraması zamanı müəyyən olundu ki, 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nə məxsus mərkəzləşdirlmiş elektron informasiya sisteminin “Təhlil” altsistemi vasitəsilə aparılmış monitorinq zaman Sədərək Rayon Mədəniyyət Şöbəsində 6 işçinin qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortlanmasının təmin edilməməsi faktı aşkar olunmuş, həmin zaman Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işləyən X4 barəsində aşkar olunmuş fakta görə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati araşdırma aparılaraq izahatı alınmış, fakt təsdiqini tapdığı üçün 22 yanvar 2024-cü il tarixdə protokol tərtib edilmiş, İXM-in 16-1-ci fəslinin qaydalarına uyğun olaraq 02 fevral 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. X1 xəta aşkar edildikdən sonra sığorta şirkətinə qalan qalıq borcu şəxsi vəsaiti hesabına ödəmiş və müvafiq sığorta müqavilələrini bağlamışdır. Naxçıvan MR ƏƏSMN DƏMX-in nümayəndəsi tərəfindən təqdim edilmiş bildiriş, şəxsin izahatı, inzibati xəta haqqında protokoldan və məhkəmədə verdiyi izahatından aydın olur ki, iş üzrə icraat qanunvericiliyə uyğun aparılmışdır, şəxsin əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 16-1-ci fəslində əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə görə həmin məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi X2 əsas kimi gətirdiyi hesablarında maliyyə vəsaitinin olmadığından icbari sığorta müqaviləsini bağlamaması onu işçi ilə icbari sığorta müqaviləsini bağlamaq öhdəliyindən azad etmir. Qanunvericilikdə əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta törətmiş vəzifəli şəxslərə qarşı icraatın aparılmasının yuxarıda qeyd edilən xüsusi qaydasının müəyyən olunması, dövlət informasiya sistemləri vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində protokol və elektron qərarın çıxarılması ilk növbədə işçilərin əmək hüquqlarının daha səmərəli şəkildə müdafiə olunmasına yönəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 127-6.1-ci maddəsinə görə barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə şikayət əsassızdırsa inzibati qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. X2 İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tənbeh olunmasına dair Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-87/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-87/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver