Məhkəmə qərarları › İş №3(110)-89/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-89/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-89/2022 17.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-132/2022-ci il nömrəli, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə aidiyyatı ilə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 27 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən 31 oktyabr 2022-ci il tarixli 087- 34666-1222 nömrəli məktubla baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-132/2022-ci il nömrəli, 11 noyabr 2022-ci il tarixli qərardadına əsasən aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində xx.xx.2022-ci il tarixdə, İXP4733949 nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün 27 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 31 oktyabr 2022-ci il tarixli 087-34666-1222 nömrəli məktubla Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3(078)-132/2022-ci il nömrəli, 11 noyabr 2022-ci il tarixli qərardadla aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasınin İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, İnzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxsə və zərərçəkmiş şəxsə rəsmi qaydada verilməli, bundan sonra Azərbaycan Respublikası İXMin 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, Azərbaycan Respublikası İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəyə minsin. Yalnız qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi Azərbaycan Respublikası İXM-in 529.3cü maddəsinin tərkibini yaradır. Lakin Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar barədə xəbərdar olması, qərarın ona Azərbaycan Respublikası İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı inzibati materiala əlavə edilmədiyindən, həmin qərarın Şəxs münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsinin müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materialında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli 141 nömrəli məktubda onun Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat miqdarında inzibati qaydada cərimə olunması barədə qərarla tanış olması, protokolun surətini, cərimə bildirişini almasını imzası ilə təsdiq etməsi qeyd edilsə də bununla bağlı iş materialına hər hansı bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 138.1 və 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nizami rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar