Məhkəmə qərarları › İş №3(110)-91/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-91/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-91/2025 17.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Barəsində inzibati xəta Şəxs iştirakı ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxx 1976-cı ildə Şərur rayonunun Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli (himayəsində 2 uşağı olan), orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Düdəngə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hal-hazırda heç bir yerdə işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-4314/2-813/2025 №-li məktubu ilə Şərur rayon Düdəngə kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Naxçıvan–Sədərək avtomobil yolunun 42-cı km-də Şəxs idarə etdiyi Mercedes Benz D narkalı 68BD567 dövlət qeydiyyat nişanlı avtomibil ilə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək əks istiqamətli zolağa keçmiş və avtomobil yolun sol kənarına düşmüş və nəticədə avtomobildə olan sərnişinlər Şirəliyev Ümid Hicran oğlu, X3, X8 və X9 müxtəlif dərəcəli bədən xəsarəti almışdırlar. Həmin şəxslərdən X8 və X7 aldıqları xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcələri təyin edilməmiş, Şirəliyev Ümid Hicran oğlu isə ağır xəsarət almışdır. Şəxs tərəfindən Şirəliyev Ümid Hicran oğluna dəymiş ziyan tam şəkildə ödənilmiş və onunla barışmışdır. Buna görə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. X1 qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət almış və bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən gəlmiş, özünə məxsusu avtomobil Naxçıvan şəhərində avtovağzaldan götürmüş, Şərur rayonuna getmək üçün yola düşmüş, həmin vaxtı avtomobildə həyat yoldaşının, oğlunun və əmisi qızlarının olmuş, Püsyan kəndində olan zaman yuxulu olduğundan avtomobilin nəyəsə dəydiyini hiss etmiş, ayılan zaman avtomobilin dərəyə düşdüyünü görmüş və hadisə nəticəsində həyat yoldaşı X2 və oğlunun xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu barədə fikirini dinləyib, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını, zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi izahatının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı həmin izahata istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında izahatı elan olunaraq tədqiq olunmuş zərərçəkmiş şəxs X3 ibtidai araşdırma zamanı verdiyi izahatına əsasən yoldaşının əmisi oğlunun toy mərasimi üçün Bakı şəhərinə getmiş, xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhərinə çatmış, Bakı şəhərinə gedən zaman Hicranın avtomobili avtovağzalda qoymuş, Hicranın idarə etdiyi avtomobillə Şərur rayonuna getmək üçün Naxçıvan şəhərindən çıxmış, oğlu Ümid qabaq oturacaqda oturmuş, özü və Hicranın əmisi qızları arxa oturacaqda oturmuş, Sədərək rayonu istiqamətində hərəkət etmiş, Bakı şəhərindən gəldikləri üçün hamının yorğun olmuş, Kəngərli rayonunu keçib hərəkətə davam etmiş, Püsyan kəndi ərazisindən keçən hissədə hərəkətdə olmuş, bir anda avtomobilin sola tərəf getdiyini hiss etmiş, nə olduğunu anlamamış, hicranın avtomobilin niyə yolun sol təərfinə sürdüyünə baxan zaman avtomobilin yoldan çıxıdığını görmüş, həmin an Hicran elə bil ayılmış, Hicranın yuxu tutuduğunu anlamış, avtomobil dərəyə düşmüş, hərəkət edərək ağaca dəyib dayanmış, avtomobildən enmiş və hadisə yerinə gələn şəxslər köməklik edib onları yolun kənarına çıxarmış, müayinə olunmaq üçün yolda olan başqa avtomobillə xəstəxanaya getmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai araşdıram dövründə verdiyi izahatını, müvafiq ekspert rəylərini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş:. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2025-ci il tarixli, 80 №-li rəyinin surətindən görünür ki, X2 bədən səthi üzərində aşkar edilmiş xəsatətlər: sağ baldırından yara küt mexanizmdən bərk küt əşyanən təsirindən törənmişdir, eləcə də avtomobil qəzası nəticəsində də əməl gəlməsi inkar olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aiddir. X6 Ədliyyə Nazirliyinin Məhkmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 239 № li rəyinin surətindən görünür ki, Mercedes Benz D narkalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hisəsinin 3-cü bəndinin tələblərinə uyğunsuz olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələvlərinə əsasən yol hərəkti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Sürücü avtomobili idarə edərək sükan arxasında yatdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hisəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 06 nömrəli material üzrə cinayət işi başlanması bəraətverici əsaslar olmadan rədd edilmiş, Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar X12 İdarəsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində Şəxs yol hərəkəti qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində qeyd olunmuşdur ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar