Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-92/2020 22.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Şərur şəhər Uşaq Gənclər məktəbində boks müəllimi işləyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Şəxs Zərərçəkmiş şəxs şəxsi mübahisə zəminində döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində evdə olan zaman evə işıq salındığını, evin pəncərəsindən baxdığı zaman işıq salan şəxsin əvvəllər tanıdığı Şərur şəhər sakini Zərərçəkmiş şəxs olduğunu gördüyünü, xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Elşənin işlədiyi mağazaya getdiyini, orada Elşənə “bir bağım var, gedək ora baxaq gələk” dediyini, o da cavabında “indi mağazada çox adam var, gedə bilmərəm” dediyini, Elşənlə günorta saatlarında görüşmələri barədə razılaşdıqlarını, saat təxminən 12:00 radələrində həmin mağazanın önündə Elşənlə görüşərək ona məxsus avtomobillə Şərur şəhərində yerləşən qəbirstanlıq istiqamətinə getdiklərini, həmin yerə çatanda Elşənə onların evinə işıq saldığını bildirdiyini, lakin Elşənin bunu qəbul etməyərək onların evinə işıq salmadığını bildirdiyini, bu zaman əsəbləşərək ona bir neçə dəfə yumruqla vurduğunu, vurmağına peşman olduğunu, Elşəni avtomobilə əyləşdirdiyini, əl üzünü yuması üçün su kranının yanına aparardığını, daha sonra onu yola salıqdan sonra qəbirstanlığa gedərək anasının qəbrini ziyarət etdiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs vermiş olduğu izahatda, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10:00 radələrində əvvəllər tanıdığı Şərur şəhər sakini Şəxs onun işlədiyi mağazaya gəlib “bir yer var avtomobillə ora gedək” dediyini, o da Vüqara “mağazada müştəri çoxdu, indi gedə bilməyəcəyəm” dediyini, gönorta saatlarında görüşmələri barədə razılaşdıqlarını, saat təxminən 12:00 radələrində Vüqarın təkrar mağazaya gəldiyini, birlikdə ona məxsus avtomobillə Şərur şəhəri ərazisində yerləşən qəbirstanlıq tərəfə getdiklərini, Vüqarın ona “sən kiminsə evinə işıq salmısan?” deyə soruşduğunu, o da cavabında “sən səhvsən, mən heç kimin evinə işıq salmamışam” dediyini, lakin Vüqarın onun sözünə məhəl qoymayaraq onun baş nahiyyəsində bir yumruq vurduğunu, zərbənin təsirində yerə yıxıldığını, ayağa qalxdıqdan sonra Vüqarın ona təkrar zərbələr endirdiyini, sonra onun telefonuna baxdığını, lakin heç nə tapa bilmədiyini, sonra birlikdə avtomobillə geri qayıdan zaman Vüqarın ona “düş yuyun” dediyini, əl-üzünü yuduqdan sonra Vüqarın qəbirstanlığa getdiyini, o da avtomobilə minərək evə qayıtdığını, xəsarət aldığı üçün xəstəxanaya getməli olduğunu qeyd edərək, Vüqarın törətdiyi əməlindən səmimi peşman olduğunu, hal–hazırda onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını qeyd edərək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-92/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-92/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver