Məhkəmə qərarları › İş №3(110)-92/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-92/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-92/2021 13.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Şərur rayon Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Kürkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis idarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis idarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 12.12.2021-ci il tarixdə saat 16:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs evinin qabağında uca səslə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 12.12.2021-ci il tarixdə həmkəndlisi və qonşusu olan Zərərçəkmiş şəxs onun qabağını kəsərək, ona “sən bizim həyətə daş, papaq atırsan” dediyini, o da cavabında onun sözlərinin yalan olduğunu dediyini, Zərərçəkmiş şəxs sözlərinə əsəbləşərək, əsəblərini cilovlaya bilmədiyini, uca səslə səs-küy salaraq iradını bildirdiyini, daha sonra polis əməkdaşlarının onu Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu, bir də belə hərəkətlərə yol verməyəcəyini bildirərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında qonşusu Şəxs hər gün yaşadıqları həyətə daş, papaq atdığını gördüyünü, bunun da onu şübhələndirdiyini, kənd yeri olduğu üçün söz-söhbət çıxa biləcəyini, buna görə də, 12.12.2021-ci il tarixdə gönorta saatlarında məhəllədə Əsgəri gördüyünü və saxlatdığını, ona öz iradlarını bildirdiyini, lakin Əsgərin uca səslə qışqır-bağır salaraq onun üzərinə hücum çəkmək istədiyini, Əsgərin hərəkətlərinin onu narahat etdiyini, buna görə də sahə müvəkkilinə müraciət etdiyini, onun barəsində tədbir görərək məhkəməyə göndərdiklərini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 12 dekabr 2021-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş 0314 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə saat 1730-da inzibati qaydada tutulmuşdu İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X1 tərəfindən tərtib edilmiş 13.12.2021-ci il tarixli, 010117 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.12.2021-ci il tarixdə saat 16:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs evinin qabağında uca səslə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 12.12.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində Kürkənd kənd ərazisində uca səslə səs-küy salaraq ictimai asayişi pozmaqla, xırda xuliqanlıq hərəkəti edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 dekabr 2021-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 12 dekabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3- cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 12 dekabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar