Məhkəmə qərarları › İş №3(110)-92/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-92/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-92/2023 27.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1994-cü ildə Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Çomaxtur kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Şərur rayon DYPB-nin YPX əməkdaşlarının qanuni tələbinə tabe olmamış və onların ünvanına qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuş bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə istifadəsində olan qazel markalı avtomobilini Şərur şəhərində X1 yaxınlığında yerləşən su kanalında yumaq üçün ora getdiyini, qardaşının yoldaşını evə aparmaq üçün Şərur şəhərinin mərkəzi yoluna daxil olduğunu, bu zaman Naxçıvan MR DYPİ əməkdaşlaırnın onu saxladığını, maşınının sənədlərini yoxladığını, bütün sənədlərinin qaydasında olduğunu, lakin verilmiş etibarnamənin müddətinin bitdiyini, bu zaman əməkdaşların ona protokol tərtib edəcəyini bildirdiyini, onlara fəhlə olduğunu, buna görə də protokol yazılmasını istəmədiyini bildirdiyini, buna baxmayaraq protokol yazıldığını, Şərur rayon YPX polis əməkdaşlarını idman kompleksinin yanında gördüyünü, polis əməkdaşlarına ona Naxçıvan MR DYPİ polis əməkdaşlarının protokol yazdıqlarını bildirdiyini, onlara qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşları onu sakitliyə dəvət etsələr də buna məhəl qoymadığını, polis rəisi Raman müəllimin gəldiyini, sonra onu Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, tutduğu əməldən peşman olduğunu, içkili vəziyyətdə olmadığını, himayəsində 2 azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında cavabında xx.xx.2023-cü il tarixdə X7 ilə xidmətdə olduqlarını, bu zaman qazel markalı avtomaşının sürücüsü avtomobilini saxlayaraq Naxçıvan MR DYPİ əməkdaşlarının ona protkol tərtib etdiklərini onlara bildirdiklərini, vətəndaşa onun barəsində qanuni protokol tətib edildiyini bildirdiklərini, həmin vaxtı vətəndaşın protokolu tərtib edən əməkdaşların ünvanına nalayiq ifadələr işlətdiyini, bu zaman onların başqa şəxs barəsində protokol tərtib etdiklərini, onu sakitləşdirərək nizam-intizama dəvət etdiklərini, lakin onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirdiyini, ona görə də onu Şərur Rayon Polis İdarəsinə gətirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 Vüqar Hüseyn oğlu ilə eyni məzmundə ifadə vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0339 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:45-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 09:30-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 334 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağın olmasını, inzibati xətanı ilk dəfə törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İran İslam Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar