Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-92/2024 25.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1980-ci ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaqlı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şərur rayon Oğlanqala kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Məhəkəməyə daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şərur rayon Oğlanqala kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə qəbristanlıqların qorunması tələblərini pozmuş və bununla da Azərbaycan Respublikası İXM-nin 516-1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığı inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında təxminən 14 il əvvəl əmisi qızı X3 ilə evləndiyini, 2 uşaqları olduğunu, xx.xx.2024-cü il tarixdə arvadı Tuncayın səhhətində yaranan problemlərə görə vəfat etdiyini, onu dəfn edib qəbrini düzəltdirdiyini, bundan sonra Tuncanyın valideynlərinin onunla düşmənçilik etməyə başladıqlarını, onu hər yerdə təhqir etdiklərini, qızının ölümündə onu günahkar bildiklərini, artıq onların bu hərəkətlərindən yorulduğunu, xx.xx.2024-cü il tarixdə kənd qəbristanlığına getdiyini, oraya gedən zaman arvadının qəbri üzərinə 2 gün əvvəl qoyduğu güllərin və səməninin dağıldığını gördüyünü, bu hərəkəti qaynanası və qaynatasının etdiyini düşündüyünü, onların indiyədək 4 dəfə bu hərəkəti etdiklərini, buna görə əsəbləşib onların qoyduğu gülləri çəpərin aşağısına qoyduğunu, qəbri silib evə qayıtdıqdan sonra Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının onu izahat vermək üçün çağırdığını bildirib izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında qardaşı Ramil ilə əmisi qızı Tuncayın evləndiyini, Tuncayın keçən il vəfat etdiyini, qardaşının onu dəfn edib qəbrini düzəltdirdiyini, xx.xx.2024-cü il tarixdə Ramillə birlikdə kənd qəbristanlığına getdiyini, oraya çatdıqdan sonra 2 gün əvvəl qoyulmuş güllərin və səməninin dağıldığını gördüyünü, bu zaman Ramilin əsəbləşib qəbrin üstündəki gülləri götürüb çəpərin digər tərəfinə qoyduğunu, sonra hər ikisinin qəbri silib təmizlədiklərini, gül qoyub evlərinə qayıtdıqlarını, xx.xx.2024-cü il tarixdə onları izahat vermək üçün polis idarəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə iclasına çağırılan digər şahidlər X7 və X4 telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatlı olduqlarını, səhhətləri ilə əlaqədar məhkəmə iclasında iştiarak edə bilməyəcəklərini bildirmişdir. X2 Rayon Polis İdarəsində verdiyi izahata əsasən qızı Tuncay ilə Ramilin 14 il əvvəl evləndiklərini, bu nikahdan 2 uşaqları doğulduğunu, onların xoşbəxt ailə olmadıqlarını, teztez mübahisə etdiklərini, xx.xx.2024-cü il tarixdə qızı Tuncayın vəfat etdiyini, kənd camaatından pul yığıb onun qəbrini düzətdirdiklərini, xx.xx.2024-cü il tarixdə əri Məhəmmədin kənd qəbristanlığına getdiyini, qəbrin üzərini sildiyini, evə qayıdan zaman məzarın kənarının təmizləndiyini ediyini, xx.xx.2024-cü il taridə kənddə “qəbirüstü” günü olduğunu, Tuncayın məzarının yanına gedən zaman çələngin sındırılıb kənara atıldığını gördüyünü bildirmişdir. X1 Rayon Polis İdarəsində X7 ilə oxşar məzmunda izahat vermişdir. Sənədlər: İş materiallarında olan olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsinə əsasən qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariyagigiyena normalarının pozulmasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, Şəxs hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsinin tərkibini yaratmır. Həmçinin məhkəmə onu da diqqətə çatdırır ki, İXM-in 54.2-ci maddəsinə görə 516- 1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə) maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Protokol tərtib edən orqan tərəfindən qanunun sözügedən normasının tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-92/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-92/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver