Məhkəmə qərarları › İş №3(110)-93/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-93/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-93/2021 14.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur şəhəri, H.Əliyev prospekti, bina 36, mənzil 24 ünvanında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 12.12. 2021-ci il tarixdə saat 13:15 radələrində Şərur şəhəri ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 12.12.2021-ci il tarixdə saat təxminən 13:15 radələrində Şərur Ticarət mərkəzində Dəmirçi kənd sakini X5 ilə yer üstündə mübahisə etdiklərini, bu zaman sahə müvəkkili Vurğun müəllimin onların yanına gəldiyini və ondan ictimai yerdə səs-küy salmamağını və intizamlı olmağını tələb etdiyini, həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşının qanuni tələbinə tabe olmadığını, daha sonra polis əməkdaşlarının onu Şərur rayon Polis İdarəsinə dəvət etdiyini, oraya getdiyini, barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu, tutduğu əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında 12.12.2021-ci il tarixdə, təqribən saat 12:50 radələrində Şərur Ticarət mərkəzində Şərur şəhər sakini Şəxs ilə mübahisə etdiklərini, bu zaman Şərur şəhərinin sahə inspektoru Vurğun müəllimin onlara yaxınlaşdığını, onları nizam-intizama dəvət etdiklərini, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığını, öz hərəkətlərini davam etdirdiyini, daha sonra polis əməkdaşlarının Şəxs Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında 12.12.2021-ci il tarixdə Şərur rayon Polis İdarəsində DYPB-nin rəisi X6 ilə Şərur şəhəri ərazisində xidmət aparan zaman iki şəxsin mübahisə etdiklərini gördüklərini, onların şəxsiyyətini müəyyənləşdirərkən birinin Şərur şəhər sakini Şəxs və digərinin Sədərək rayon Dəmirçi kənd sakini X5 olduğunu bildiklərini, onları nizam-intizama dəvət etdiklərini, Şəxs səs-küy salaraq qəsdən onların qanuni tələbinə tabe olmadığını, daha sonra onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini və barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X6 da, şahid X1 verdiyi izahatla ilə eyni məzmunlu izahat verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 12.12.2021-ci il tarixdə saat 13:15 radələrində Şərur şəhəri ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş 13 dekabr 2021-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş 0315 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 dekabr 2021-ci il tarixdə saat 1700-da inzibati qaydada tutulmuşdur. İş materialında olan 14.12.2021-ci il tarixli 010118 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.12.2021-ci il tarixdə saat 13:15 radələrində Şərur şəhəri ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12.12.2021-ci il tarixdə saat 13:15 radələrində Şərur şəhəri ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqla İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 13 dekabr 2021-ci il tarixdən, saat 1700-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3 - cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 13 dekabr 2021-ci il tarixdən, saat 1700-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar