Məhkəmə qərarları › İş №3(110)-93/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-93/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-93/2022 01.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1989-cu ildə Şərur rayonu Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, işsiz, Şərur rayonu Alışar kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Şərur rayon Yengicə kənd sakini X3 maşınla Şərur rayon Çomaxtur kənd yolunun yaxınlığına aparmış və fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və zərəçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2022-ci il tarixdə atasının məhkəmə prosesi olduğunu, həmin vaxtı onun Türkiyə Respublikasında olduğunu, gələndə xalası oğlunun ona Kamalın anasının məhkəmə iclasından çıxanda onların barəsində nalayiq ifadələr işlətdiyini dediyini, xx.xx.2022-ci il tarixdə Yengicə kənd dayanacağında təsadüfən Kamalı gördüyünü, onunla əl verib görüşdüyünü, anasının hərəkəti barədə ona dediyini, Kamalın anasına sözü keçmədiyini ona bildirdiyini, Kamalın əlindəki çörəyi Ramiz adlı şəxsə verib onun maşınına oturduğunu, onun maşını ilə Çomaxtur yolunun yaxınlığına getdiklərini, çatdıqdan sonra əl atıb maşının kəmərini açan zaman Kamalın qəfildən maşından düşüb qaçdığını, onun nə üçün belə etdiyini anlamadığını, Kamal ilə söhbət etmək üçün onu maşını ilə ictimai yerdən kənara apardığını, ona zərər vurmaq niyyətinin olmadığını, maşınından aşkar olunan bıçağın 5-6 ildir ki, ona məxsus olduğunu, bıçağı maşında saxlamadığını, lakin ehtiyac yarandığından bıçağı 3-4 gün əvvəl maşınına qoyduğunu və zərərçəkmiş şəxsə qarşı istifadə etmədiyini bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Qurbanı bir neçə ildir taksi sürücüsü kimi tanıdığını, hər hansı ədavətinin və düşmənçiliyinin olmadığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində Yengicə kənd dayanacağında Qurbanı gördüyünü, Qurbanın onu çağıraraq maşına oturdurduğunu, onun əlindəlki çörəyi Ramiz adlı şəxsə verib Qurbanın maşınına oturduğunu, Qurbanın onun maşına oturduqdan sonra maşını Çomaxtur yolunun yaxınlığına sürdüyünü, yol boyu onunla heç nə danışmadığını, Qurbangilin təhlükəli adam olduğunu bildiyindən çox qorxduğunu, ora çatdıqdan sonra Qurbanın maşınında saxladığı qatlanan bıçağı çıxararaq arxa tərəfini onun böyrünə dirədiyini, ana söyüşü söydüyünü, sonra maşını ərik bağının içərisinə doğru sürdüyündən ətrafda kimsənin olmadığını, maşından düşdükdən sonra Qurbanın maşının baqajından uzun və paslı dəmir boru çıxararaq onun əvvəlcə sol ayağından sonra isə kürək nahiyəsindən vurduğunu, borunu sürətlə vurduğundan borunun Qurbanın əlindən düşdüyünü, bundan istifadə edərək oradan qaçaraq uzaqlaşdığını, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedərək tanımadığı bir şəxsin maşınına əyləşərək polis idarəsinə getdiyini bildirdi və həmin şəxsin barəsində qanuna uyğun olaraq sərt intizam tənbehinin verilməsini xahiş etdi. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında xx.xx.2022-ci il tarixdə X1 Şəxs tərəfindən döyülməsi barədə şikayət daxil olduğunu, şikayət əsasında həmin tarixdə Şəxs maşınına baxış keçirildiyini, maşından bir ədəd qırmızı saplı qatlanan bıçaq aşkar edildiyini, lakin maşından dəmir borunun tapılmadığını, ümumiyyətlə Şəxs mənfi xarakterizə olunduğunu bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 156 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – sol budunda qançır küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi müəyyən olunmur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 0757 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1086 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktikki sağlamdır. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış protokolundan görünür ki, Şəxs məxsus VAZ 2107 markalı **-BB-*** nömrəli avtomobilə baxış keçirilmiş, bir ədəd sənaye üsulu ilə hazırlanmış qatlanan qırmızı tutqaclı bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Şəxs zərərçəkmiş şəxsi döymədiyinə dair izahatını özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli və inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində təqdim edilən bir ədəd qırmızı saplı qatlanan cib bıçağı İXM-in 115.4.1-ci maddəsinə uyğun olaraq iş üzrə əhəmiyyət kəsb etmədiyindən iş üzrə icraat başa çatdıqdan sonra qanuni sahibi Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 30 noyabr 2022-ci il saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Maddi sübut qismində Şərur Rayon Məhkəməsinin saxlanc otağında saxlanılan sənayə üsulu ilə hazırlanmış bir ədəd qırmızı saplı qatlanan cib bıçağı qanuni sahibi Şəxs qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar