Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-94/2022 07.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaqlı, ali təhsilli, işsiz, İİ qrup əlilliyi olan, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, 012296 nömrəli protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan protokola əsasən müəyyən edilir ki, Şəxs iki icra sənədi üzrə ümumilikdə 13276 manat aliment borcunu ödəməkdən yayınmaqla icra məmurunun qanuni tələbini yerinə yetirməyərək aliment borcunun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə övladları xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənilməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə qızı xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment ödənilməsinin müəyyən olunduğunu, aliment borclarını ödəməkdən qərəzli olaraq yayınmadığını, İİ qrup əlil olduğunu, eyni zamanda hepatit və qaraciyər serrozu xəstəliklərindən əziyyət çəkdiyini, məşğulluq şöbəsində qeydiyyatda durduğunu, lakin işlə təmin olunmadığını, 180 manat pensiya aldığını, buna baxmayaraq 20 manat da anasının pensiyasından həmin pulun üzərinə qoyaraq hər iki icra sənədləri üzrə ümumilikdə 200 manat aliment ödədiyini, işlə təmin olunacağı halda aliment borcunun hamısını ödəyəcəyini qeyd edərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 izahatında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənilməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə qızı xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 Şəxs tərəfindən hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment ödənilməsinin müəyyən olunduğunu, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədi Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs hər ay hər iki icra sənədi üzrə 200 manat məbləğində aliment ödədiyini, lakin bu məbləğin tələbkarları qane etmədiyini, tələbkarların dəfələrlə ondan alimenti tələb etdikləri, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə ümumlikdə 2498 manat, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə isə 1615 manat ödədiyini, aliment tam ödəmədiyi üçün borcunun yarandığı, buna görə də onun barəsində inzibati protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə qızı xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir Şərur Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarların tədiq olunmuş surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Şəxs rəsmi qaydada göndərilmişdir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli iltizamlardan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli, 012296 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs iki icra sənədi üzrə ümumilikdə 13276 manat aliment borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan olan Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 042298 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlilldir. İş materialında olan Naxçıvan Muxtar Respublikasının X6 Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 165 nömrəli arayışında qeyd olunmuşdur ki, Şərur rayon Düdəngə kənd sakini 1975-ci il təvəllüdlü Şəxs həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının X4 Dəri-zöhrəvi şöbəsində psoriaz diqanozu ilə stasionarda müalicədə olmuşdur. İş materialında olan “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Şəxs adına bank hesabları, daşınar və daşınmaz əmlak, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamış, lakin 180 manat məbləğində pensiya aldığı aşkar olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən hər iki icra sənədi tam icra olunmasa da, tələbkarlara hər ay mütəmadi olaraq müəyyən məbləğdə ödənişlər edilir. Beləliklə də məhkəmə hesab edir ki, borclu Şəxs hər iki icra sənədi üzrə icra ödənişlərini tam icra etməməsi icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bu isə onu deməyə əsas verir ki, hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; -114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-94/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-94/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver