Məhkəmə qərarları › İş №3(110)-95/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-95/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-95/2025 04.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 6 uşaq atası, orta təhsilli, fərdi sahibkar, ünvan 1 ünvanında yaşayan Şəxs (FİN: 3J7PAGT) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, borclu Şəxs 17580 manat pul alınaraq tələbkarın xeyrinə ödənilməlidir. Borclu icra sənədləri üzrə tələbi tam icra etməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(110)-196/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı X11 hər ay 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 5680 (beş min altı yüz səksən) manat məbləğində pulu ilk ödəmə tarixi 05 may 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, İddiaçı X15 5680 (beş min altı yüz səksən) manat məbləğində pulun cavabdeh Şəxs tərəfindən hər ay 450 (dörd yüz əlli) manat olmaqla ilk ödəmə tarixi 05 may 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ona ödənilməsinə dair təklifini qəbul etdiyini, iddiaçı X7 cavabdeh Şəxs qarşı “pul tələbinə” dair mülki iş üzrə icraata xitam verilməsi qət edildiyini, Şərur Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(110)-248/2020 saylı icra vərəqəsinə əsasən iddia təmin edilməklə, 02 mart 2020-ci il tarixdən hesablanmaqla 24 sentyabr 2006-cı il tarixdə doğulmuş X8, 24 sentyabr 2006-cı il tarixdə doğulmuş X9 və 20 aprel 2008-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə köçürülməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu barəsində axtarış qərarı çıxarıldığını, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, borcunu ödəyəcəyini bildirsə də, ödəmədiyini, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədləri barədə xəbərdar olduğunu, lakin maddi imkanı yaxşı olmadığından, 1 yaşında şəkər xəstəsi qızının müalicəsinə xeyli miqdarda pul xərclədiyindən, həmçinin özü əməliyyat olunduğundan uzun müddət işləyə bilmədiyindən borclarını ödəyə bilmədiyini, haliyədə X5 borclu olduğu 12500 manat aliment borcundan 500 (beş yüz) manat ödəyəməyə imkanının çatdığını, lakin o həmin pulu qəbul etməyərək borcunun hamısını tələb etdiyi, amma ümumi aliment borcunu hal-hazırda ödəməyə imkanının olmadığını, vaxt verilərsə borcunu hər ay 500 manat olmaqla hissə-hissə ödəyə biləcəyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında Şəxs ona ümumilikdə 12500 manat aliment borcunun olduğunu, borcunu ödəmədiyini, balaca qızının qızı xəstə olduğunu, onun müalicəsinə pul tapa bilmədiyini, Şəxs ona ödəmək istədiyi 500 manatı qəbul etmədiyini, borcunun hamısını ödəməsini tələb etdiyini, 500 manatı aldıqdan sonra borcunun qalan hissəsini yenə ödəməktən yayınacağını qeyd etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materiallarından da sənədlərlə müəyyən olunur ki, borclu hər iki icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqələrinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(110)-196/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı X7 cavabdeh Şəxs qarşı “pul tələbi”nə dair 2(110)-196/2021 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilməsi: Cavabdeh Şəxs iddiaçı X11 hər ay 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 5680 (beş min altı yüz səksən) manat məbləğində pulu ilk ödəmə tarixi 05 may 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü, İddiaçı X15 5680 (beş min altı yüz səksən) manat məbləğində pulun cavabdeh Şəxs tərəfindən hər ay 450 (dörd yüz əlli) manat olmaqla ilk ödəmə tarixi 05 may 2021-ci il tarixdən başlamaqla 1 (bir) il 6 (altı) ay müddətinə ona ödənilməsinə dair təklifini qəbul etdiyini, iddiaçı X7 cavabdeh Şəxs qarşı “pul tələbinə” dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir. - Şərur Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(110)-248/2020 saylı icra vərəqəsinə əsasən iddia təmin edilməklə, 02 mart 2020-ci il tarixdən hesablanmaqla 24 sentyabr 2006-cı il tarixdə doğulmuş X8, 24 sentyabr 2006-cı il tarixdə doğulmuş X9 və 20 aprel 2008-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə köçürülməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir; - Şərur Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 3(110)-54/2021 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması, qərar dərhal icra edilməsi, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X18 həvalə olunması qət edilmişdir. - xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, borclu Şəxs 17580 manat pul alınaraq tələbkarın xeyrinə ödənilməlidir. Borclu icra sənədləri üzrə tələbi tam icra etməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Şəxs barəsində axtarış elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. - Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, o, pensiya və sosial ödəniş almır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, icra sənədləri üzrə borcun məbləğini, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 04 aprel 2025-ci tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 aprel 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X18 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar