Məhkəmə qərarları › İş №3(110)-96/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-96/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-96/2023 28.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib edən şəxs X1 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ümid Bəxtiyar oğlunun şəxsiyyəti müəyyən olunan zaman özü haqqında məlumat verə bilmədiyi, verilən suallara cavab verə bilmədiyi, Şərur Rayon Polis İdarəsi tərəfindən iş üzrə icraat aparılan zaman şəxsin anlaqlı olub-olmaması barədə müvafiq ekspertiza təyin edilmədiyi, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən şəxslərin işlərində vəkilin məcburi iştirakı ilə bağlı inzibati xətalar qanunvericiliyinin tələblərinə əməl olunmadığı müəyyən olunmuşdur. İnzibati həbs nəzərdə tutulan xətalara materialın məhkəməyə daxil olduğu gün təxirəsalınmadan baxılmalı olduğundan, yuxarıda qeyd olunan xüsusatların işin baxılmağa hazırlanması mərhələsində deyil, işə baxılan vaxt aşkar olunduğundan, buna görə də şəxsin anlaqlı olmasını müəyyən etmək mümkün olmadığından həmin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin olaması müəyyən edilə bilməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli inzibati xəta tərkibinin bütün əlamətləri olmadan səhvən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsinə görə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. İş üzrə kifayət qədər əsaslar olduğu halda şəxsin anlaqlı olması yoxlanılmamışdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinə görə inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. İş üzrə kifayət qədər əsaslar olduğu halda şəxsi müdafiəçi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar