Məhkəmə qərarları › İş №3(110)-96/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-96/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-96/2024 02.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, pedaqoq Şərur rayon Cəlilkənd tam orta məktəbinin müəllimi X6 iştirakı ilə, xx.xx.1966-cı ildə Şərur rayon Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Şərur rayon Su-Təsərrüfat İdarəsində işləyən, dediyinə görə əvvəllər inzibati msəliyyətə cəlb olunmamış, Şərur rayon Cəlilkənd kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə həmkəndlisi X2 qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında Şərur rayon Cəlilkənd kəndində ailəsi ilə birlikdə yaşadığını, Su İdarəsində sayğaçlara nəzarət etdiyini, ayda iki dəfə olmaqla Cəlilkənd ərazisindəki su sayğaclarına nəzarət etmək üçün kənd sakinlərinin həyətlərinə onların icazəsi ilə girdiyini, xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində su quyusunda olan bloma nəzarət üçün qonşusu Səmayəgilin qapılarını döydüyünü və qapını Duyğu və onun balaca qardaşı Ayazın açdığını, Duyğuya quyuya baxmağa gəldiyini dediyini və Duyğunun da ona “məndə sizə internetdən istifadə etmək üçün gəlirdim” sözlərini bildirdiyini, ona cavab olaraq “Təranə xalan yasa gedib, məndə yasa gedirəm” sözlərini ona bildirdiyini, bundan sonra onların həyətinə girərək həyətyanı sahədə yerləşən quyunun qapağını açaraq oradakı blomu yoxladığını, bu zaman qonşusu Səmayənin onun yanına gələrək “sən bura quyu yoxlamağa gəlməmisən” sözlərini ona bildirdiyini, cavab olaraq “ayıb deyil qonşu?” sözlərini bildirdiyini və quyunu yoxladıqdan sonra Duyğuya “mən gedirəm yasa səndə özün istəsən həyətdə internetdən istifadə edərsən” sözlərini ona bildirdiyini və bundan sonra öz həyətlərinə keçdiyini, sonra öz həyətlərindən çıxaraq Cəlilkənd kənd sakini diş həkimi Mahir İsmayılova məxsus gümüşü rəngli “CHANGAY” markalı avtombilə minərək dostum Rəfinin bacısı rəhmətə getdiyi üçün Şahbuz rayonu Nurs kəndinə yasa getdiklərini və ordan isə saat 17:30 radələrində çıxaraq qudasının anası rəhmətə getdiyi üçün Babək rayonu Didivar kəndinə getdiklərini, Duyğuya qarşı heç bir əxlaqsız hərəkət etmədiyini, həyat yoldaşı Təranə ilə qonşusu Səmayə arasında münaqişə olduğu üçün ona şər atdıqlarını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında pedaqoq Şərur rayon Cəlilkənd tam orta məktəbinin müəllimi X6 iştirakı ilə şahid qismində dindirilən X7 izahatında və verilən suallara cavabında Şərur rayon Cəlilkənd kəndində atası Vasif Mustafayev, anası Səmayə Mustafayeva və 9 yaşlı qardaşı Ayaz Mustafayev ilə birlikdə yaşadığını, təxminən 4 ay əvvəl anasının, eyni zamanda atasının xalasının nəvəsi, Şərur rayon Xanlıqlar kənd sakini X15 ilə nişanlandığını, hal-hazırda nişanlı olduğunu, qonşusu təxminən 58 yaşında olan Bahadur adlı şəxsin uzun müddətdir ki, onların qonşuluğumuzda yaşadığını, onunla ailələri arasında normal qonşuluq münasibətləri olduğunu, təxminən 1 ay əvvəl günorta saatlarında yaşadığım evin həyətyanı sahəsində olan yardımçı tikilidə işləyən zaman Bahadurun onun yanıma gəlmək istədiyini və onu çağırdığını, ona qaldığı evdə heç kimin olmadığını, ailəsinin qudasıgilə getdiyini bildirdiyini və onu yaşadığı evə dəvət etdiyini, eyni zamanda həmin şəxsin ona “döşlərin nece də yekəlib” sözlərini dediyini, lakin onun dəvətini rədd etdiyini və yaşadığım evə getdiyini, həmin şəxsin onların evin həyətyanı sahəsindən çıxdığını, həmin gün anası evə gələndə ona Bahadurun onu evə dəvət etməsi və ona qarşı işlətdiyi ifadə barədə məlumat verdiyini, anasının ona Bahadurun niyyətini yanlış anladığımı bildirdiyini, 26 fevral 2024-cü il tarixdə saat 15:00 radələrində qardaşı iləa birlikdə evdə olan zaman qardaşının ona evin giriş qapısının döyüldüyünü bildirdiyini, qapıya yaxınlaşanda Bahadurun qapını açdığını, qapının yanında ona salam verdiyini, onun salamını cavabladıqdan sonra ona nə üçün gəldiyini soruşduğunu, Bahadurun ona yaşadığı evdə heç kimin olmadığını bildirdiyini və onu yenə də yaşadığı evə dəvət etdiyini, sonra onun qardaşını gördükdən sonra suya baxmağa gəldiyini bildirdiyini, onun dəvətini yenə də rədd edərək ondan yaşadığım evin həyətyanı sahəsindən çıxmasını tələb etdiyini, Bahadur getdiyini, lakin təxminən 3 dəqiqə sonra yenə də yaşadığı evə gəldiyini, evin salonundakı pəncərədən Bahadurun yaşadıqları evə tərəf gəldiyini gördüyene, bu zaman dərhal evin giriş qapısını bağladığını və onun gəlməsi barədə mobil telefon vasitəsi ilə anasına məlumat verdiyini anası gəldikdən sonra mobil telefon vasitəsi ilə onunla əlaqə saxladığını və ona həyətyanı sahəyə çıxmasını bildirdiyini, evin həyətyanı sahəsinə çıxdığını və yelləncəkdə əyləşdiyini, anasının həmin vaxt gizlicə eyvana girdiyini və oradan ona baxdığını, yelləncəkdə əyləşən zaman Bahadurun onu çağırdığını, getmədiyi üçün Bahadurun onun yaşadığı evin həyətyanı sahəsinə gəldiyini, Bahadurun yaşadığı evin həyətyanı sahəsində olan quyunun yanına getdiyini və mənə “evə gəlmirsənsə bura gəl” sözlərini dediyini, Bahadurun quyunun yanında olanda şalvarının sepini çəkdi və cinsiyyət orqanını şalvarın sep hissəsindən çıxararaq onu yanına çağırdığını, bu zaman anasının onun yanına gəldi və onu yaşadıqları evin həyətyanı sahəsindən qovduğunu, həmin gün axşam saatlarında anası ilə birlikdə Bahadurun yaşadığı evə getdiklərini və anasının onun həyat yoldaşı Təranəyə Bahadurun etdiyi əxlaqsız hərəkətlər barədə məlumat verdiyini, lakin Təranə ona “səni yatağa dəvət edirdi mi?” sözlərini dediyini, bundan sonra yaşadıqları evə getdiklərini, həmin gündən sonra Bahaduru görmədiyini, daha sonra onun barəsində Şərur rayon Polis İdarəsinə şikayət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında Şərur rayon Cəlilkənd kəndində həyat yoldaşı Vasif Mustafayev, 14 yaşlı övladım Duyğu Mustafayeva və 9 yaşlı balaca övladı Ayaz Mustafayev ilə birlikdə yaşadıqlarını, təxminən 1 ay əvvəl Duyğu Mustafayevanın ona mənə qonşusu Bahadurun onu yaşadığı evə dəvət etdiyini, ona “döşlərin nece də yekəlib” sözlərini dediyini bildirdiyini, Duyğu Mustafayevayaya bu barədə heç kimə məlumat verməməsini tapşırdığını, lakin özünün gizlicə bu barədə maraqlanmağa başladığını, 26 fevral 2024-cü il tarixdə saat 15:00 radələrində işdə olan zaman Duyğu Mustafayevanın onun mobil telefonuna zəng etdiyini və ona Bahadurun yaşadıqları evə gəldiyini, onu yenə də yaşadığı və dəvət etdiyini bildirdiyini, dərhal işdən çıxdığını və yaşadığım evə getdiyini, evə gəldikdən sonra həyətyanı sahədə olan eyvanda gizləndiyini və Duyğuya həyətyanı sahəyə çıxmasını bildirdiyini, Duyğunun çıxdığını və həyətdə olan yelləncəkdə əyləşdiyini, bu zaman Bahadurun onun yanına gəldiyini və ona “dur gedək də, evdə heç kim yoxdu, dur gedək” sözlərini dediyini, sonra Bahadurun quyunun yanına getdiyini, bu zaman Bahadurun şalvarının sepini açdığını gördüyünü, bundan sonra onun yanına getdiyini və ona irad bildirdiyini, onun getdiyini, həmin gün axşam saatlarında Duyğu ilə birlikdə Bahadurun yaşadığı evə getdiklərini, Bahadurun həyat yoldaşı Təranəyə Bahadurun əməlləri barədə məlumat verdiyini, lakin Tərənin Duyğuya “səni yatağa dəvət edirdi mi?” sözlərini dediyini, bundan sonra yaşadığıqları evə gəldiklərini, həmin gündən sonra mən Bahaduru görmədiyini, daha sonra onun barəsində Şərur rayon Polis İdarəsinə şikayət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında mən 2000-ci ildə Şərur rayon Cəlilkənd kənd sakini Şəxs ailə həyatı qurduğunu, Şərur rayon Cəlilkənd kəndində yerləşən ona məxsus evdə yaşamağa başladıqlarını, 2 övladlarının olduğunu, həmin evdə yaşamağa başlayandan bəri qonşuluqlarında X3 və onun ailəsinin yaşadıqlarını, həmin ailə ilə münasibətlərinin yaxşı vəziyyətdə olduğunu və aralarında hər hansı bir ədavət olmadığını, 01 mart 2024-cü il tarixdə çalışdığı Şərur rayon Cəlilkənd kənd tam orta məktəbindən çıxıb əri Şəxs icazə aldım və Şərur rayon Şərur şəhərinə getdiyini, Şərur şəhərində olan zaman təxminən saat 13:00 radələrində əri Şəxs ona zəng etdiyini və ona “qonşumuz Vasifin qardaşı Nəcəf məni Mahmudkənd kəndində yerləşən qəbirstanlığa gətirib, mənə bildirir ki, mən guya Vasifin qızı X2 əxlaqsız hərəkətlər göstərmişəm” sözlərini dediyini, bu cur halın ola əsla ola bilməyəcəyini ona bildirdiyini, Bahadurun da onun sözlərini təsdiqlədiyini, daha sonra pərişan halda evə getdiyini və evdə olanda da, ərinə zəng etdiyini və ondan harada olduğunu soruşduğunu, ona birazdan evə gələcəyini bildirsə də, daha sonra onun evə gəlmədiyini və ona zəng edərək X21 İdarəsinə getdiyini bildirdiyini, bir qədər sonra əri Bahadurun ona təkrar zəng edərək onu X21 İdarəsinə çağırdığını, oraya getdiyini, Təranə ilə aralarında olan münaqişəyə görə Təranənin onun ərinə şər atdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırılan 143 saylı material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi X2 qarşı xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şərur rayon Cəlilkənd kəndində xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozaraq X1 üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsə də, ona qarşı əxlaqsız hərkətlər etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X12 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar