Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-96/2025 07.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1986-cı ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur şəhər sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:02 radələrində Şərur şəhərində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında əvvəllər oğurluq cinayəti törətdiyi və 7 il cəzaçəkmə müəssisəsində olduğunu, cəzasını çəkib qurtardıqdan sonra heç bir yerdə iş tapa bilmədiyini, anas ilə birlikdə yaşadığını, onun pensiyası ilə dolandığını, xx.xx.2025-ci il tarixdə axşam saat 23:00 radələrində Şərur şəhərində kafedə 700 ml spirtli içki qəbul etdikdən sonra sərxoş olduğunu, sonra Şərur şəhərinə hava almaq məqsədilə çıxdığını, sərxoş olduğu üçün olanları tam xatırlamdığını, yolda bir maşının açarının üstündə olduğunu gördüyünü, içkili olduğundan maşını işə salaraq evə getdiyini, sonra polislərin gələrək ondan maşının açarını istədiklərini, onun da açarı təhvil verdiyini, çox içkili olduğundan polislərlə mübahisə etməyini xatırlamadığını bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2025-ci il tarixdə post yoldaşı X2 ilə Şərur şəhərində parkın önündə xidmətdə olduqlarını, saat təxminən 01:02 radələrində K.Seyidov küçəsində səs-küy eşitdiklərini, həmin tərəfə getdiklərində əvvəllər tanımadığı Şəxs ağır sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığının şahidi olduqlarını, həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etdiklərini, ətrafda yaşayış binaları və sakinləri narahat etdiyini ona bildirdiklərini, lakin Şəxs onlara tabe olmayaraq onlarının üzərinə gəldiyini, onlara qarşı nalayiq ifadələr işlətdiyini, nə qədər nizam-intizma dəvət etsələr də tabesizlik göstərdiyini, onların da polis idarəsinə bu barədə məlumat verdiklərini, polis idaərsindən əməkdaşların gələrək Şəxs polis idarəsinə apardıqlarını, mərkəzi xəstəxanada avadanlıq işləmədiyi üçün şəxsin sərxoşluq müayinəsindən keçirilə bilmədiyini, şəxsin Şərur şəhərində tüfeyli həyat sürən biri kimi tanındığını, mütəmadi spirtli içki qəbul edib sərxoş vəziyyətdə ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında Şərur RPİ əməkdaşı olduğunu bildirərək şahid X3 ilə eyni məzmunda izahat vermişdir. Azemis elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs 2022 və 2023cü illərdə İXMin 227-ci maddəsi ilə (xırda talama) iki dəfə inzibati məsuliyyətə cəlb olunaraq 2 ay müddətində həbs olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə xətanın sərxoş vəziyyətdə tördəilməsini inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və həmçinin işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-96/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-96/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver