Məhkəmə qərarları › İş №3(110)-97/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-97/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-97/2023 28.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, müvəqqəti işsiz, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Yengicə kənd sakini X5 qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixində qardaşı X6 ona zəng edərək, həmkəndlisi X9 ilə birlikdə Şərur rayon Torpaq və Xəritəçəkmə idarəsinə gedəcəklərini ona bildirdiyini və onu da həmin idarəyə çağırdığını, X10 ilə aralarında 14 m2 torpaq sahəsinə görə əvvəllər mübahisə olduğunu, Şərur rayon Torpaq və Xəritəçəkmə idarəsinin müdiri Vəfadar müəllimin qəbulunda olduqlarını, orada onlara aralarındakı mübahisəni həll etmək məqsədilə məhkəməyə müraciət etmələrinin tövsiyyə olunduğunu, oradan çıxıqdan sonra Dilavər Əzizova əlindəki sənədləri ona verməsini xahiş etdiyini, lakin onun xahişini rədd etdiyini, sonra aralarında mübahisə yarandığını, Dilavərin Əzizovun, onun qardaşına satacağını söz verdiyini 600 m2 torpaq sahəsini də satmayacağını dediyini, cavabında həmin torpaq sahəsini qardaşı Fariz Zaxarova satmağa söz verdiyini ona bildirdiyini, Dilavər Əzizovun ona və namusuna qarşı qeyri-etik ifadələr işlətdiyini, bunun nəticəsində əsəbləşdiyini, özünü saxlaya bilməyib ona yumruqla vurdğunu, zərbənin təsirindən Dilavər Əzizovun yerə yıxıldığını, sonra ayağa qalxaraq oradan uzaqlaşdığını, bir neçə dəqiqə sonra polis əməkdaşlarının ona zəng edərək, onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahatında təxminən 1 il əvvəl X12 ilə ona məxsus olan təxminən 600 m2 torpaq sahəsini ona satacağına dair razılığa gəldiklərini, bu razılıqdan bir müddət sonra Fariz Zaxarovun qardaşı Şəxs ona “mənə məxsus olan həyətyanı torpaq sahəsinin 14 m2-ni zəbt edibsən” dediyini, ona bu barədə Şərur rayon Torpaq və Xəritəçəkmə idarəsinə və ya məhkəməyə müraciət etməsini məsləhət gördüyünü, mübahisəyə son vermək üçün 30 mart 2023-cü il tarixdə Şəxs və qardaşı Fariz Zaxarovla birlikdə Şərur rayon Torpaq və Xəritəçəkmə idarəsinə betdiklərini, həmin idarənin müdiri Vəfadar müəllimin qəbulunda olduqlarını, aralarında olan mübahisəni dinlədikdən sonra Vəfadar müəllimin Şəxs məhkəməyə müraciət etməsini məsləhət gördüyünü, oradan çıxdıqdan sonra Mübarizin onda olan sənədləri tələb etdiyini, lakin vermədiyini, bu zaman Mübarizə hirsləndiyini və ona qardaşı Fariz Zaxarova satacağını söz verdiyi torpaq sahəsini artıq satmayacağını bildirdiyini, bu zaman Mübarizin ona qarşı qeyri-etik ifadələr işlətdiyini, ona eyni tərzdə cavab verdiyini, bu zaman Mübarizin onun sifətinə yumruqla vurduğunu, yerə yıxıldığnı, sonra Şərur rayon Polis İdarəsinə gedərək Şəxs şikayətçi olduğunu bildirdiyini, ekspertizadan keçdiyini, Mübarizi bağışlamadığını, buna görə də onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı vəzifələrini müvəqqi icra edən polis leytenentı X3 tərəfindən 31 mart 2023-cü il tarixdə Şərur rayon Yengicə kənd sakini X2 bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli, 269 nömrəli ekspert rəyindən görünür ki, X1 sifət nahiyyəsində sıyrıq, sağ ovurd nahiyyəsində yara küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi, polis kiçik leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009105 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Yengicə kənd sakini X5 qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmişin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Yengicə kənd sakini X8 döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar