Məhkəmə qərarları › İş №3(110)-99/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-99/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-99/2022 29.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı: Şərur rayonu Düdəngə kəndi, AZ6800, VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasından idxal olunan, dəyəri 553530 Rusiya rublu, çəkisi 815.1 kq olan plastmas butulka qapaqları xx.xx.2022-ci il tarixində “Samur” gömrük postundan saat 20:11-də **********01051 qeydiyyat kodlu, 99XV725/10/GZ725 nömrəli yük avtonəqliyyat vasitəsində qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur, lakin xx.xx.2022-ci il tarixində yükün sənədləri Naxçıvan Şəhər Gömrük İdarəsinə təqdim olunarkən bəlli olmuşdur ki, yükə aid qısa idxal bəyannaməsi verilməmiş, bununla da o, Azərbaycan Respublikası İXM-nın 485.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi işlədiyini, onların 17 noyabr 2022-ci il tarixində Rusiya Federasiyasının “ARGOS” firmasından dəyəri 553530 Rusiya rublu, çəkisi 815.1 kq olan plastmastan butulka qapaqları sifariş verdiklərini, 19 noyabr 2022-ci il tarixində sifariş verdikləri malların Rusiyadan yola salındığını, 21 noyabr 2022-ci il tarixində malların “Samur” gömrük postundan ölkəyə daxil olduğunu, daha sonra malların 28 noyabr 2022-ci il tarixində “Qırmızı körpü" gömrük postundan çıxıb 30 noyabr 2022-ci il tarixində “Sədərək” gömrük postundan çıxıb Naxçıvan Muxtar Respublikasına daxil olduğunu, 5 dekabr 2022-ci il tarixində Naxçıvan Şəhər Gömrük İdarəsindən ona zəng vuraraq idxal etdiyiniz mallar üçün qısa idxal bəyannaməsi təqdim edilmədiyini bildiklərini, Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə getdiyini, orada bununla bağlı izahat verdiyi, idxal etdikləri mallar üçün qısa idxal bəyannaməsi verməli olduğundan xəbərinin olduğunu, lakin işlərin çoxluğu ilə əlaqədar unutduğunu qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin rəisi X1 izahatında Şərur rayon Düdəngə kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasından idxal olunan, dəyəri 553530 Rusiya rublu, çəkisi 815.1 kq olan plastmas butulka qapaqları xx.xx.2022-ci il tarixində “Samur” gömrük postundan saat 20:11-də **********01051 qeydiyyat kodlu, 99XV725/10/GZ725 nömrəli yük avtonəqliyyat vasitəsində qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur, lakin xx.xx.2022-ci il tarixində yükün sənədləri Naxçıvan Şəhər Gömrük İdarəsinə təqdim olunarkən bəlli olmuşdur ki, yükə aid qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Qeyd olunan faktla bağlı Naxçıvan Baş Gömrük İdarəsinin Təhqiqat bölməsində xx.xx.2022-ci il tarixində 2000-0063/22 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmış və elə həmin tarixdə də 20000-0063/22 saylı inzibati xəta haqqında iş tərəfimdən icraata götürülmüşdür. xx.xx.2022-ci il tarixdə iş üzrə izahat verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səhaliyyətli nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2029-cu il tarixədək etibarlılıq müddəti olan AA0476030 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi, FİN 55TXNNQ olan, xx.xx.1996-cı il təvəllüdlü Şərur rayon Mahmudkənd kənd sakini X5 mallara dair qısa idxal bəyannaməsini təqdim etməyi unutduğunu və inzibati xəta törətdiyini etiraf etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin etirafedici izahatını, şahidin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialında olan: - xx.xx.2022-ci il tarixli, **********0957 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır; - xx.xx.2022-ci il tarixli Qərardaddan görünür ki, AR Dövət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və araşdıdırmanın aparılması qərara alınmışdır; -xx.xx.2022-ci il tarixli 20000-0063/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasından idxal olunan, dəyəri 553530 Rusiya rublu, çəkisi 815.1 kq olan plastmas butulka qapaqları xx.xx.2022-ci il tarixində “Samur” gömrük postundan saat 20:11-də **********01051 qeydiyyat kodlu, 99XV725/10/GZ725 nömrəli yük avtonəqliyyat vasitəsində qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur, lakin xx.xx.2022-ci il tarixində yükün sənədləri Naxçıvan Şəhər Gömrük İdarəsinə təqdim olunarkən bəlli olmuşdur ki, yükə aid qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nın 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - AR Vergilər nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdır. Beləliklə də məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasından idxal olunan, dəyəri 553530 Rusiya rublu, çəkisi 815.1 kq olan plastmas butulka qapaqları xx.xx.2022-ci il tarixində “Samur” gömrük postundan saat 20:11-də **********01051 qeydiyyat kodlu, 99XV725/10/GZ725 nömrəli yük avtonəqliyyat vasitəsində qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur, lakin xx.xx.2022-ci il tarixində yükün sənədləri Naxçıvan Şəhər Gömrük İdarəsinə təqdim olunarkən bəlli olmuşdur ki, yükə aid qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: - 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur... - 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir; - 114.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiqatı zamanı "Düdəngə Şərab” MMC-nin əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək qeyd edir ki, Qanunla fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi məcburi hal kimi müəyyən edilmiş, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi "xxxx" MMC tərəfindən bu tələb pozulduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində inzibati cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar