Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-99/2023 01.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Mahmudkənd kəndində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə təxmini saat 14:20 radələrində həmkəndliləri ilə birlikdə Mahmudkənd kəndində yerləşən çay evinə domino oynamaq məqsədilə getdiklərini, həmkəndlilərinin təxminən 2 saat oyun oynadıqlarını, özünün isə onların yanında hesabı yazdıqlarını, həmin müddətdə spirtli içki içdiyini, təxminən saat 17:30 radələrində həmkəndlilərinin içkinin pulunu ödədikdən sonra Oğlanqala kəndinə getdiklərini, paltarını dəyişdiyini və Mahmudkənd kəndinə çay evinə yenidən getdiyini, çay evinin sahibi Orxan və tanışı İbrahimlə görüşdüyünü, onların onu öz masalarına dəvət etdiyini, onların yanında əyləşdiyini, çay evini işlədən Cavid adlı şəxsdən özü üçün piyvə istədiyini, Cavidin ona nisyə piyvə satmayacağını bildirdiyini, ona pulunu gətirdiyiini dediyini, nisyə istəmədiyini, Cavid ilə sözlü mübahisə etdikdən sonra onu çay evindən qovmaq istədiyini, ayağa qalxdığını, Cavidin ona yumruqla vurduğunu, sonra əlbəyaxa olduqlarını, bir az keçdikdən sonra polis əməkdaşlarının oraya gəldiklərini, içkili olduğu üçün özündə olmadığını, polis əməkdaşlarının onu nizam intizama dəvət etdiklərini, onların qanuni tələblərinə tabe olmadığını, sonra polis əməkdaşlarının onu Şərur Rayon Polis idarəsinə dəvət etdiklərini, polis əməkdaşlarına getməyəcəyini bildirdiyini, polis əməkdaşlarının güc tətbiq edərək onu Şərur rayon Polis İdarəsinə apardıqlarını, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən çox peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsində xidmətdə olan zaman təxminən 20:45 radələrində idarənin növbətçisi İlham Həsənovun onlara Mahmudkənd kəndi ərazisində çay evində bir nəfərin içkili halda çay evinin işçisi ilə mübahisə etdiyini bildirdiyini, dərhal həmin yerə getdiklərin, mübahisə yaradan şəxsin Oğlanqala kənd sakini Şəxs olmasının məlum olduğunu, Natiq Əzizovla birlikdə həmin şəxsi nizam intizama dəvət etdiklərini, əmin şəxsin onıarın qanuni tələblərinə tabe olmadıqlarını, onlara qarşı nalayiq ifadələr işlətdiyini, məcbur olub həmin şəxsə qarşı fiziki güc tətbiq edərək onu Şərur rayon Polis İdarəsinə gətirdiklərini, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X7 da digər şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X5 izahatında və verilmiş suallara cavabında Şərur rayon Mahmudkənd kəndində çay evində işlədiyini, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Əyyubun çay evində piyvə içdiyini, lakin hesabı sonra ödəyəcəyini dediyini, həmin gün axşam saatlarında onun yenidən çay evinə gəldiyini, piyvə istədiyini, ona pulu ödəməsini dediyini, lakin onun pulu ödəmədiyini, aralarında mübahisə olduğunu, Əyyubun çay evində stəkanları, stolları qırdığını, polis əməkdaşlarına məlumat verdiklərini, polis əməkdaşlarının gəlib onu sakitləşdirməyə çalışdığını, lakin Əyyubun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, onlara qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının ona fiziki güc tətbiq edərək polis idarəsinə apardıqlarını, çay evinə vuruluna ziyanın Əyyubun anası tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında Şərur rayon Mahmudkənd kəndində çay evi işlətdiyini, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Əyyubla dostlarının çay evinə gəldiklərini, bir az sonra orada işləyən Cavidin Əyyuba borcunu verməsini bildirdiyini, Əyyubun Cavidə sonra verəcəyəm dediyini, Əyyub nalayiq ifadələrlə “pulu ala bilirsən gəl al” dediyini, bu zaman onların arasında mübahisə yarandığını, Əyyubun Cavidə yumruqla vurduğunu, polis əməkdaşlarına məlumat verdiyini, qısa müddət ərzində polis əməkdaşlarının oraya gəldiklərini, Əyyubun çay evində stolları, stəkanları qırdığını, onun telefonunu qırdığını, polis əməkdaşlarının onu sakitləşdirməyə çalışdığını, lakin Əyyubun içkili olduğundan polis əməkdaşlarının tələblərinə tabe olmadığını, onlara qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının Əyyuba qarşı fiziki güc tətbiq edərək onu polis idarəsinə apardıqlarını, Əyyubun anasının çay evinə vurulan ziyanı ödədiyini, telefonun pulunu isə istəmədiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0339 nömrəli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokol"a əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 1 ədəd göy rəngli Redmi Note 7 markalı mobil telefon aşkar edilərək götürülmüş və daha sonra özünə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0345 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 98 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1.29 promil içkili olması müəyyən edilmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 348 nömrəli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır İş materialında olan xx.xx.2023-cü il tarixli 009116 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mahmudkənd kəndində polis işçisinin əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağrılaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 29 aprel 2023-cü il tarixdən saat 23:00-dan hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 29 aprel 2023-cü il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-99/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-99/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver