Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-1/2021 05.01.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, xx.xx.1983-cü ildə Şərur rayon Qabıllı kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Kəngərli rayon Qabıllı kəndində yaşayan X4 haqqında Kəngərli Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: X4 xx xxxxxx 2021-ci il tarixdə, saat 05.00 radələrində Kəngərli rayon Qabıllı kəndində yerləşən poçt bölməsinə gizli yolla qanunsuz olaraq girərək dəyəri 80 manat təşkil edən 4 ədəd “Naxtel” danışıq kartını oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında xx xxxxxx 2021ci il tarixdə təqribən saat 05.00 radələrində yaşadığı Qabıllı kəndində yerləşən poçt bölməsinə gizlicə daxil olaraq orada olan 4 ədəd 20 manatlıq “Naxtel” danışıq kartını götürərək yaşadığı evə gətirdiyini, evdəki paltar dolabının rəfində gizlətdiyini, xx xxxxxx 2021-ci il tarixdə saat 12 radələrində kəndin sahə inspektorunun onu çağırdığını, polis şöbəsində onu dindirdiklərini, sonra polislərlə birlikdə yaşadığı evə baxış keçirdiklərini, danışıq kartlarını aşkar edərək götürdüklərini, törətdiyi əməli etiraf etdiyini, əməlindən çox peşman olduğunu bildirdi. İnzibati xəta haqqında iş üzrə Zərərçəkmiş şəxs izahatında Kəngərli rayon Qabıllı kənd poçt bölməsində işlədiyini, xx xxxxxx 2021-ci il tarixdə səhər saat 09 radələrində iş yerinə gedərkən pəncərinin açıq olduğunu gördüyünü, içəriyə baxanda 4 ədəd 20 manatlıq naxtel danışıq kartının oğurlandığını gördüyünü və bu barədə polis sahə inspektoruna məlumat verdiyini, polis şöbəsinə ərizə yazdığını, artıq “Naxtel” danışıq kartlarının ona qaytarıldığını, Bahəddinin cəzalandırılmasını istədiyini bildirdi. İş materiallarına əlavə olunmuş AZN0710 nömrəli inzibati qaydada tutma protokoluna əsasən X4 xx xxxxxx 2021-ci il tarixdə saat 14.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş qəbzə əsasən X4 tərəfindən oğurlanmış 04 ədəd “Naxtel” danışıq kartı Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X2 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus dəyəri 80 manat təşkil edən 04 ədəd “Naxtel” danışıq kartını oğurlama yolu ilə talamaqla xırda talama inzibati xəta əməlini törətmişdir. Onun əməli iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tənbeh tədbiri təyin edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onların təqsirinin dərəcəsi nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xəta törəmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir ay) 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. X2 inzibati həbsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan - xx xxxxxx 2021-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərardan o, rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-1/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-1/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver