Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-1/2023 12.01.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X3 iştirakları ilə xx xxxxx 1977-ci ildə Türkiyə Respublikasının İdil şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli 18000-00118/22 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə saat 00:02 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı, İdil şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş U28229366 nömrəli xarici pasportun sahibi, xx xxxxx 1977-ci il təvəllüdlü Şəxs hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi 33BCY57/33AJP937 dövlət nömrə nişanlı, “Mercedes-Benz Axor 1840 LS36” markalı yük nəqliyyat vasitəsinin dartıcı və qoşqusu hissəsinə yoxlanış keçirilmiş, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 33BCY57/33AJB937 dövlət nömrə nişanlı, “Mercedes-Benz Axor 1840 LS36” markalı yük nəqliyyat vasitəsinin kabinində, sükanın qoruyucu hissəsindən 30 qutu (600 ədəd), kabinin sol qapısının içərisindəki boşluqdan 40 qutu (800 ədəd), kabinin içərisində yerləşən soyuducunun alt hissəsindən 190 qutu (3800 ədəd), şin qoruyucusunun xüsusi bölmələrindən 150 qutu (3000 ədəd), motorun alt qoruyucusunun içərisindən 50 qutu (1000 ədəd) və nəqliyyat vasitəsinin alətlər çantasında yerləşən alətlərin altından 67 qutu (1340 ədəd) olmaqla ümumilikdə qeyd edilmiş gizli saxlanc yerlərində gizlədilmiş şəkildə 527 qutu (10540 ədəd) üzərində “CAVALLO” yazısı olan aksiz markası ilə markalanmayan siqaretlər aşkar olunmuş və protokol əsasənda qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında İran İslam Respublikasının Evoğlu şəhərindən 15 blok “Cavallo” markalı siqaret aldığını, həmin idarə etdiyi yük avtomobilin kabinində ayrı-ayrı yerlərə yerləşdirdiyini, İrandan Azərbaycan sərhəddinə gələrkən Şahtaxtı gömrük məntəqəsində gömrük yoxlaması zamanı idarə etdiyi avtomaşının müxtəlif hissələrində 59 blok “Cavallo” markalı siqaretləri gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü, əməlindən çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid2 izahatında göstərilən vəzifədə işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 00:02-də “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən X2 gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı Şəxs hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi 33BCY57/33AJB937 dövlət nömrə nişanlı, “Mercedes-Benz Axor 1840 LS36” markalı yük nəqliyyat vasitəsinə baxış keçirdiklərini və sürücünün nəqliyyat vasitəsinin kabinində müxtəlif yerlərdə gizlətdiyi ümumilikdə 527 qutu (10540 ədəd) üzərində “Cavallo” yazısı olan aksiz markası ilə markalanmayan siqaretlər edildiyini və protokol tərtib edilərək götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında “Şahtaxtı” gömrük postunda yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik etdiyini xx.xx.2022-ci il tarixdə gecə saatlarında gömrükdə olarkən gömrük əməkdaşı Şahid2 ona yaxınlaşaraq Türkiyə Respublikası vətəndaşının idarə etdiyi bir yük nəqliyyat vasitəsini yoxlayacağını dediyini, hal şahidi kimi iştirak etməsini xahiş etdiyini, daha sonra həmin nəqliyyat vasitəsini yoxlamağa başladıqlarını, yoxlama zamanı nəqliyyat vasitəsinin müxtəlif yerlərində gizlədilmiş 52 blok siqaret aşkar edildiyini, sonra həmin siqaretlər barədə sənədlər yazıldığını, imzalarla ilə təsdiq etdiklərini bildiridi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- 13 dekabr 2022-cı il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı, İdil şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş U28229366 nömrəli xarici pasportun sahibi, xx xxxxx 1977-ci il təvəllüdlü Şəxs hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi 33BCY57/33AJP937 dövlət nömrə nişanlı, “Mercedes-Benz Axor 1840 LS36” markalı yük nəqliyyat vasitəsində, ümumi sayı 527 qutu (10540 ədəd) olan kabində sükanın qoruyucu hissəsindən 30 qutu (600 ədəd), kabinin qapısında gizlədilmiş şəkildə 40 qutu (800 ədəd), kabinin içərisində yerləşən soyuducunun alt hissəsindən 190 qutu (3800 ədəd), şin qoruyucusunun xüsusi bölmələrindən 150 qutu (3000 ədəd), motorun alt qoruyucusunun içərisindən 50 qutu (1000 ədəd) və nəqliyyat vasitəsinin alətlər çantasında yerləşən alətlərin altından 67 qutu (1340 ədəd) üzərində “Cavallo” yazısı olan aksiz markası olmayan siqaretlər aşkarlanaraq götürülmüşdür. 26 dekabr 2022-ci il tarixli 397 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan, istifadəyə yararlı vəziyyətdə (daşınma, saxlanma zamanı fiziki aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə halları müşahidə olunmamış) siqaretlərin topdan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 949 (doqquz yüz qırx doqquz) manat müəyyən edilir, o cümlədən bir qutu (20 ədəd) “Cavallo” markalı siqaretin topdansatış qiyməti - 1.80 manat, 527 qutu - (1.80 manat X 527) = 949 (doqquz yüz qırx doqquz) manatdır. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli, 101-015/0xx-xx/001207 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs 13 dekabr 2022-ci il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə keçərkən nəqliyyat vasitəsində gizlətdiyi 527 qutu “Cavallo” markalı siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “maddi sübutların saxlanc otağı”nda saxlanılan 527 qutu (10540 ədəd) üzərində “Cavallo” yazısı olan aksiz markası olmayan siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “maddi sübutların saxlanc otağı”nda saxlanılan 527 qutu (10540 ədəd) üzərində “Cavallo” yazısı olan Azərbaycan Respublikasına aid aksiz markası olmayan siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-1/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-1/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver