Məhkəmə qərarları › İş №3(111)-1/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-1/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-1/2024 18.01.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Qıvraq kəndində doğulmuş, Kəngərli rayonunun Qıvraq qəsəbə sakini Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsindən inzibati xəta haqqında iş aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 21 iyun 2023-cü il tarixdə yol hərəkəti qaydası əleyhinə olan - Azərbaycan Respublikasının İXM-in 327.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətdiyinə görə barəsində qəbul edilmiş 50 manat məbləğində inzibati cərimə tətbiq etmə haqqında (protokol nömrəsi İXP 5505500) qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə əməlini etiraf edərək, 21 iyun 2023-cü il tarixdə Naxçıvan şəhərində yol hərəkəti qaydasını pozduğuna görə 50 manat cərimə olunduğunu, imkanı olmadığına görə indiyə qədər həmin cəriməni ödəyə bilmədiyini, lakin 18 dekabr 2023-cü il tarixdə həmin cəriməni və dəbbə pulunu, cəmi 80 manatı ödədiyini bildirərək ödəmə qəbzini məhkəməyə təqdim etdi və qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 18 dekabr 2023-cü il tarixli 28700 nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs İXP ******* nömrəli protokol üzrə 80 manat cərimə ödəmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs hazırkı inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Şəxs hazırki inzibati xəta haqqında iş üzrə qərar qəbul edilənədək müvafiq cəriməni və dəbbə pulunu (50 manat +(30x1%)x60=80 manat) 18 dekabr 2023-cü il tarixli 28700 nömrəli qəbzlə ödəmişdir (iş üzrə başqa məbləğlər müəyyən edilməmişdir.). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 150.11-ci maddəsinin tələbinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyulmuş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən 50 (əlli) manat məbləğində cərimə və cərimə ödənilmədiyindən həmin məbləğin üzərinə hasablanan 30 (otuz) manat dəbbə pulunu tam şəkildə ödənilməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115,128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar