Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-10/2022 09.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş 25 may 2022-ci il tarixli 20000-0016/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş protokola əsasən VÖEN nömrəsi **********, hüquqi adresi Kəngərli rayon Böyükdüz kəndi olan "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından idxal olunan dəyəri 5178969,80 Rusiya rublu, çəkisi 63486 kq olan üzlük kartonlar 16.05.2022ci il tarixdə “Yalama” gömrük postundan saat 07:09-da **********03099 qeydiyyat kodlu, 29281094 nömrəli vaqonda qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur. Həmin kartonlar ümumilikdə 4 yük avtonəqliyyat vasitəsinə, yəni **********02413 qeydiyyat kodlu, 99UG538/99ZF638 dövlət nömrə nişanlı, **********02415 qeydiyyat kodlu, 99VN538/99ZF538 dövlət nömrə nişanlı, **********02417 qeydiyyat kodlu, 99LH261/99ZB1578 dövlət nömrə nişanlı, **********02419 qeydiyyat kodlu, 99EX880/99ZA711 dövlət nömrə nişanlı, yük avtonəqliyyat vasitələrinə yüklənərək müvafiq gömrük rəsmiləşməsinin aparılması üçün Şahtaxtı Gömrük İdarəsinə təyinat verilmişdir. Lakin 23.05.2022-ci il tarixdə yükün sənədləri Şahtaxtı Gömrük İdarəsinə təqdim olunarkən bəlli olmuşdur ki, yükə aid qısa idxal bəyannaməsi gecikdirilərək sistemə vurulmuşdur. Belə ki, **********03099 qeydiyyat kodlu, 29281094 nömrəli vaqon 16.05.2022-ci il tarixdə “Yalama” gömrük postundan saat 07:09-da gömrük sərhədindən keçəndən sonra qısa idxal bəyannaməsi 16.05.2022-ci il tarixdə saat 16:26-da elektron gömrük bəyannamələri (EGB) sistemində gecikdirilərək qeydiyyata alınmışdır. Bununla da "xxxx" MMC” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4 izahatında hüquqi adresi Kəngərli rayon Böyükdüz kəndi olan "xxxx" MMC tərəfindən mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilmədiyini, ona görə də həmin müəssisənin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib olunduğunu göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında təmsil etdiyi "xxxx" MMC-nin ünvanına gələn mallar barədə məlumatın Rusiya Federasiyasından gec bildirildiyini, ona görə də qısa idxal bəyannaməsinin vaxtında verilmədiyini, gömrük komitəsi tərəfindən tərtib olunmuş protokola heç bir etirazının olmadığını bildirərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”-indən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından **********03099 qeydiyyat kodlu, 29281094 nömrəli vaqonla idxal olunan mallar 16.05.2022-ci il tarixdə “Yalama” gömrük postundan saat 07:09-da qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuş, 16.05.2022-ci il tarixdə saat 16:26-da elektron gömrük bəyannamələri (EGB) sistemində gecikdirilərək qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına idxal olunan mallar “Yalama” gömrük postunu 16.05.2022-ci il tarixində saat 07:09-da keçmiş, lakin həmin yükə dair qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməli işdə iştirak edən şəxslərin izahatları, iş materiallarında olan 25 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə tam sübuta yetir və düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-10/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-10/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver