Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-11/2024 14.03.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Şərur rayon Qıvraq kəndində doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Qıvraq qəsəbəsində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 14 mart 2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Nəcəfov X5 Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 3(010)-4934/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 izahatında bildirdi ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 3(010)-4934/2023 saylı icra sənədinə əsasən 300 manat cərimə olunduğunu, edilmiş xəbərdarlıqlara baxmayaraq həmin cəriməni ödəmədiyini, axtarışda olduğunu, Kəngərli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq Kəngərli Rayon İcra və Probasiya bölməsinə təhvil verildiyini, bu günədək müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə borc bu günə kimi qərəzli olaraq ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 3(010)- 4934/2023 saylı icra sənədi ilə 300 manat inzibati cərimə olunduğunu, həmin borcu imkansızlıqdan ödəyə bilmədiyini, hazırda işsiz olduğunu, borcun ödənilməsi barədə icra məmurları tərəfindən xəbərdar olunduğunu, əməlindən peşman olduğunu, Bakı şəhərinə qayıdıb cəriməni ödəyəcəyini bildirərək bağışlanmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 3(010)-4934/2023 saylı icra sənədinin, Şərur Rayon İcra və Probasiya şöbəsinin 05 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının, Şərur Rayon İcra və Probasiya şöbəsinin 05 dekabr 2023-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 01 mart 2024-cü il tarixli borcluya edilmiş xəbərdarlığın, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 12 mart 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın, 14 mart 2024-cü il tarixli axtarışda olan şəxsin təhvil verilməsi barədə aktın surətindən görünür ki, Nəcəfov X5 Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 3(010)-4934/2023 saylı qərarı ilə 300 manat məbləğində inzibati qaydada cərimə olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəldilmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş, borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmiş və onun barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 14 mart 2024-cü il tarixli, 171 nömrəli arayışına əsasən Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 3(010)-4934/2023 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2024cü il tarixə 300 manat inzibati cərimə borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 3(010)-4934/2023 saylı saylı icra sənədinə, Şərur Rayon İcra və Probasiya şöbəsinin 05 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarına, Şərur Rayon İcra və Probasiya şöbəsinin 05 dekabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 01 mart 2024-cü il tarixli borcluya edilmiş xəbərdarlığa, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 12 mart 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarına, 14 mart 2024-cü il tarixli axtarışda olan şəxsin təhvil verilməsi barədə akta və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 14 mart 2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Şəxs X6 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-11/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-11/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver