Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-13/2022 05.09.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-cı ildə Şərur rayon Xok kəndində doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Xok kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 05 sentyabr 2022-ci il tarixli 012290 saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-3220/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək aliment borcunun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-3220/2021 saylı icra sənədi ilə X4 iki uşağın saxlanması üçün ümumilikdə hər ay 350 manat aliment ödəməli olduğunu, xəstə olduğundan və işləmədiyi üçün aliment borcunu tam ödəyə bilmədiyini, hər ay yaxın qohumlarının köməkliyi ilə 150 manat pul toplayaraq uşaqlarının saxlanması üçün tələbkara ödədiyini, uşaqlarının qarşısında xəcalətli olduğunu, hərəkətlərindən peşmançılıq çəkdiyini, yaxın vaxtlarda işləyəcəyini, əgər işləyərsə alimenti ödəyəcəyini göstərdi. Məhkəmə iclasında icra məmuru X6 izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-3220/2021 saylı icra sənədi 19 oktyabr 2021-ci il tarixdə Kəngərli Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan müəyyən ödənişlər yəni hər ay 150 manat tələbkarın xeyrinə ödəniş etmişdir. Haliyədə aliment borcundan qalıq olan 3400 manat alınaraq X3 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-3220/2021 saylı icra sənədinin, 19 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın, 19 oktyabr 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətlərinə əsasən Şəxs 04 iyun 2021-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün uşaqların anası X4 ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 249291/2021-90-1-001 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəməyə təqdim edilmiş məktubuna əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 150 manat aliment pulunu tələbkar X3 hesabına ödənildiyi müəyyən olunmuş və haliyədə icra sənədi üzrə tələbkara 3400 manat aliment borcu qalmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(005)-3220/2021 saylı icra vərəqəsi üzrə tələbkara ödənişlər edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara hər ay müəyyən məbləğlərdə ödənişlər etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 05 sentyabr 2022-ci il tarixli 012290 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-13/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-13/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver